Torsten Fink (; 28 oktyabr 1967, Dortmund, AFR) — keçmiş Almaniya futbolçusu, məşqçi.

Həyatı Torsten Fink 28 oktyabr 1967-ci ildə Almaniyanın Dortmund şəhərində anadan olmuşdur.

Karyerası Vətənində "Bavariya"nın heyətində 1997–2006-cı illərdəki çıxışı ilə tanınan Fink 9 ildə 236 matça 10 qol vurub. Yarımmüdafiəçi mövqeyində oynamış Torsten münhenlilərin heyətində 4 dəfə (1999-cu, 2000-ci, 2001-ci və 2003-cü illərdə) Bundesliqanın qalibi olub, 3 dəfə (1998-ci, 2000-ci və 2003-cü illərdə) ölkə kubokunu qazanıb.

Bundan başqa, Fink 2001-ci ildə həm UEFA Çempionlar Liqası, həm də Qitələrarası Kuboku başı üzərinə qaldırıb. O, peşəkar futbolçu karyerasına 2006-cı ildə elə "Bavariya"da bitirərək, məşqçiliyə başlayıb. Avstriyanın "Zalsburq" klubunda öncə Lotar Matteus, daha sonra Covanni Trapattoninin köməkçisi işləyib. Torsten 2007-ci ildə 3-cü liqa təmsilçisi "İnqolstadt-04"ə baş məşqçi təyin edilib və 2 il bu komandanı çalışdırıb. 2009-cu il iyunun 9-da isə Bazel klubunun sükanı arxasına keçən Totsten bu postda Kristian Qrossu əvəzləyib.

Mənbə Çempionlar Liqası və Qitələrarası Kubokun qalibi "Bazel"də

Həmçinin bax

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Borussiya Dortmund II FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Yaponiyada legioner futbol məşqçiləri Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Hamburq FK məşqçiləri Kateqoriya:Bundesliqa məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Almaniya futbol məşqçiləri Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri