– Yaponiya romançısı və uşaq hekayələri yazarı.

Həyatı Miekiçi Suzuki 1882-ci ildə Yaponiyanın Hiroşima prefekturasında doğulmuşdur. Tokio Universitetini bitirmişdir. Tələbəlik illərində Natsume Soseki və onun şagirdləri ilə yaxınlıq etmiş, "Çidori" (1906) və "Yamabiko" (1907) adlı ilk lirik qısa hekayələrini yazmışdır.

Məzun olduqdan sonra məktəb müəllimi olmuş və yazmağa davam etmişdir. 1917-ci ildə ata olduqdan sonra uşaq ədəbiyyatına yönəlmişdir. 1918-ci ilin iyulunda uşaq ədəbiyyatı, hekayələri və mahnıları üçün "Akai tori" () jurnalını yaratmışdır. Bu hadisə Yaponiyada uşaq ədəbiyyatı üçün vacib məqamlardan biri olmuşdur. Rünoske Akutaqava və Hakuşu Kitahara kimi müəlliflər bu jurnala töhfələrini vermişdirlər.

Digər əsərlərini "Kosui no onna" (1916, uşaq hekayələri kolleksiyası) və "Kotori no su" (1910, avtobioqrafik roman) daxildir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Əsərlərinin elektron versiyası

Kateqoriya:Jurnal təsisçiləri Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Yaponiyanın uşaq yazıçıları Kateqoriya:Yaponiya naşirləri