Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu ( , TESEV) — Türkiyədə araşdırma mərkəzi. Baş qərargahı İstanbulda yerləşir. TESEV Türkiyənin üzləşdiyi sosial, siyasi və iqtisadi siyasət məsələlərini təhlil edən müstəqil qeyri-hökumət araşdırma mərkəzidir. Dövlət müdaxiləsinə qarşı çıxan liberal iqtisadi baxışları ilə tanınır.
TESEV XXI əsrdə Türkiyənin və onun qonşuluğunun qarşısında duran ən aktual və vacib siyasət suallarına diqqət yetirir. Proqram sahələri üç başlıq altında qruplaşdırılmışdır: demokratikləşmə, xarici siyasət və yaxşı idarəetmə.
İstinadlar
Xarici keçidlər
Arin, Kubilay Yado Turkish Think Tanks, the AKP’s Policy Network from Neo-Gramscian and Neo-Ottoman Angles Portland State University, Center for Turkish Studies, Occasional Paper Series, June 2015.
Kateqoriya:Araşdırma mərkəzləri Kateqoriya:1994-cü ildə yarananlar