Salyan döyüşü — 1918-ci ilin iyulunda tarixində Nuru Paşanın başçılıq etdiyi Azərbaycan–Osmanlı koalisiya qüvvələri ilə XI Qızıl Ordu və erməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. Döyüşündə nəticəsində koalisiya qüvvələri Salyan şəhərinə nəzarəti əldə etmişdilər.
Döyüş Artilleriya dəstəyinə malik olan 20,000 nəfərlik bolşevik piyada dəstəsi 26 iyunda ikisi zirehli olmaqla üç gəminin müşayiəti ilə Kür çayına daxil olmuşdur. Çayın kənarındakı kəndlərdə böyük dağıntılara səbəb olan bolşevik qüvvələrinin qarşısını almaq üçün mayor Nazım Ramazanovun komandanlığı ilə piyada diviziyası Salyana göndərilmişdir.
Bolşeviklər şiddətli hücum əməliyyatına başlamış, lakin 2 iyulda yerli əhalinin dəstəyi ilə dəf edilmişdi. Əks-hücuma başlayan türk qoşunları da şəhərin mühasirəsini yarmış, bolşeviklərin Bankə qəsəbəsinə çəkilməsinə şərait yaratmışdılar. Bu döyüşlərdə bolşevik qüvvəsi 6,000 nəfər itki vermiş, onlardan 1,000-i isə yaralanmışdır. Türk diviziyasından 12 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır.
12 iyulda 50 süvari ilə hücuma keçən türk qoşunları pulemyotlarla dəstəklənən 400 nəfərlik piyada diviziyasını darmadağın edərək Bankəni ələ keçirmişdir. Beləliklə,, Kür çayının su yolu tam mühafizə olunmuşdur. Regionun müdafiəsi Nazim Ramazanova həvalə edilmişdir.
İstinadlar
Kateqoriya:1918-ci ildəki münaqişələr Kateqoriya:1918-ci ildə Azərbaycan Kateqoriya:1918-ci ildə Ermənistan Kateqoriya:1918-ci ildə Osmanlı imperiyası Kateqoriya:Azərbaycandakı döyüşlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Azərbaycan tarixi