İohann Aventin (; əsl adı İohann Georq Turmayr, , ) — Almaniya humanisti, salnaməçisi, tarixçisi, filoloqu, musiqi nəzəriyyəçisi.
Həyatı İohann Georq Turmayr öz ləqəbini doğulduğu yerin, Bavariyanın Abensberq şəhərinin adının latınlaşmış formasından götürmüşdür. 1495-ci ildən İnqolştadt, Vyana, Krakov və Paris universitetlərində təhsil almış, əsasən humanitar elmlər üzrə ixtisaslaşmışdır. 1509-cu ildən Bavariya hersoqu IV Vilhelmin oğullarına dərs demişdir. 1512-ci ildə dövrünün alimləri və müəllimləri arasında məşhurlaşan latın qrammatikasını nəşr etdirmişdir. 1516-cı ildə tarixdə ilk çap ensiklopediyasını yazmış və sonra nəşr etmişdir. 1517-ci ilin fevralında Bavariyanın rəsmi tarixşünası təyin edilmişdir. O, Martin Lüter və Filipp Melanxton ilə aktiv məktublaşırdı.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Almaniya pedaqoqları Kateqoriya:Almaniya tarixçiləri Kateqoriya:XVI əsr tarixçiləri Kateqoriya:Bavariya tarixi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri