– Yaponiya siyasətçisi. Yaponiya Kommunist Partiyasının üzvü idi.

Həyatı Yoşio Şiqa 1901-ci ildə Yaponiyanın Fukuoka prefekturasında doğulmuşdur. Tokio Universitetində təhsil alarkən solçu Şincinkay qrupuna qatılmış və yenicə yaradılmış Yaponiya Kommunist Partiyasının üzvü olmuşdur. 1926-cı ildə sosiologiya şöbəsindən məzun olduqdan sonra Kyuiçi Tokuda ilə birlikdə Yaponiya Kommunist Partiyasını yenidən yaratmışdır. 1928-ci ildə kommunistlərin kütləvi həbs olunması hadisəsindən sonra 18 illik həbs cəzası almışdır. Həbs olunmuş bir çox kommunistdən fərqli olaraq idealogiyası inkar etməyi qəbul etməmişdir.

İkinci dünya müharibəsindən sonra azadlığa çıxmış və Yaponiya Kommunist Partiyasının yenidən formalaşdırılmasında iştirak etmiş, partiyanın "Akahata" adlı mətbu orqanının baş redaktoru olmuşdur. 1946-cı ildə Yaponiya parlamentinə seçilmiş, lakin ABŞ rejiminin Qırmızı təmizləmə siyasəti nəticəsində 1950-ci ildə parlamentdən kənarlaşdırılmışdır. Həmin il partiya taktikalarının Kominform tənqidindən sonra gizlənmişdir.

1955-ci ildə ictimai fəaliyyətinə davam etmiş, Nümayəndələr Palatasına daxil olmuş və Yaponiya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilmişdir. Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsinin ratifikasiyasını dəstəklədiyi üçün 1964-cü ildə partiyadan qovulmuşdur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Hagi şəxslərinin məlumat bazası

Kateqoriya:Yaponiya inqilabçıları Kateqoriya:Marksistlər