Averno () İtaliyada, Kampaniyada göl. Təxminən enində və təxminən dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən şimal-qərbdə yerləşir.

Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu.

Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.

İstinadlar

Kateqoriya:İtaliya gölləri Kateqoriya:Vulkanik göllər Kateqoriya:Qədim yunan mifologiyasındakı yerlər Kateqoriya:Krater gölləri Kateqoriya:İtaliyadakı vulkanlar