Radio və Televiziya Ali Şurası (;RTÜK website qısaca RTÜK) — Türkiyənin radio və televiziya yayımlarını monitorinq etmək, tənzimləmək və onlara sanksiya tətbiq etmək üzrə dövlət qurumu. RTÜK 1994-cü ildə təsis edilmişdir və Türkiyə Böyük Millət Məclisi tərəfindən seçilən 9 üzvdən ibarətdir.About the Radio and Television Supreme Council (RTÜK) RTÜK-ün baş qərargahı Ankarada yerləşir, İstanbul, İzmir və Diyarbəkirdə yerli ofislərinə malikdir.
Telekommunikasiya və informasiya texnologiyaları sektorları digər dövlət qurumun olan İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumunun (İTKQ) tabeliyindədir.
RTÜK bu yaxınlarda 2009-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 12 üzvü arasında Qara Dəniz Yayım Tənzimləyici Qurumları Forumu (QDYTQF) və 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan 57 dövlət arasında İslam Ölkələrinin Yayım Tənzimləyici Qurumları Forumu (İÖYTQF) kimi audiovizual media xidmətləri sahəsində iki beynəlxalq forumun yaradılması təşəbbüsü ilə çıxış etmişdir.
2022-ci ilin fevralında RTÜK üç beynəlxalq xəbər agentliyindən – "Amerikanın Səsi", "Euronews" və Almaniyanın "Deutsche Welle"dən onlayn yayım lisenziyası üçün müraciət etməyi tələb etmişdir. "Deutsche Welle" bunun "beynəlxalq media xidmətlərinin reportajını məhdudlaşdırmaq" cəhdi olduğunu söyləmişdir. "Amerikanın Səsi" RTÜK-ün onlayn lisenziya tələbinə əməl etməyəcəyini bildirmiş, "internetin məhdud bir mənbə olmadığını və internetin yayılması üçün lisenziya tələbinin yeganə mümkün məqsədinin senzuranı təmin etmək olduğunu" izah etmişdir."VOA, Deutsche Welle to take legal action amid threats of a ban from Turkey"
İstinadlar
Kateqoriya:Türkiyədə radio Kateqoriya:Türkiyədə televiziya Kateqoriya:1994-cü ildə yaradılmış təşkilatlar