thumb|Zabutonla təşkil olunmuş yapon stulu. – Yaponiyada istifadə olunan ənənəvi balınclar. Əsasən dördbucaqlı formada hazırlanır, lakin dairəvi formada olan növləri də var. Döşəmədə rahat oturmaq üçün istifadə olunmaqla yanaşı meditasiya sessiyalarında və interyer dizaynında istifadə olunur.

Tarixi Zabutonun mənşəyi tataminin üzərində oturmaq üçün tikilən kvadratşəkilli kiçik xalçalarla əlaqəlidir. XVII–XIX əsrlərdə dərzilər bu xalçaların içərisini pambıqla doldurmağa başlamış, nəticədə, ilk zabutonlar ortaya çıxmışdır.

İstifadəsi Zabutonun üstündə əyləşməyin ənənəvi yolu seyza üslubu ilə əyləşməkdir. Zabutonda əyləşmək ayaqlar və dizlər üzərindəki təzyiqi azaldır, döşəmədə uzun müddət rahat oturmağa şərait yaradır. Buna görə də buddist keşişləri və şinto rahibləri meditasiya sessiyalarında, eləcə də, dini mərasimlərdə zabutondan istifadə edirlər. Zabuton yoqa ilə məşğul olan şəxslər tərəfindən də geniş istifadə olunur.

XX əsrə qədər sumo oyunlarında tamaşaçılar qələbəni qeyd etmək üçün sumoçulara zabuton atırdılar. Bu praktika XX əsrin əvvəllərində qadağan olunmuşdur. Müasir dövrdə zabuton əsasən divanlara, stullara və kreslolara qoyulur.

Hazırlanması Yaponiyada ən yaxşı zabutonların hazırlandığı yerin Kioto şəhəri olduğu hesab olunur. Xüsusilə, "Takaokaya" şirkəti istehsal etdiyi zabutonlara görə tanınır. Zabutonların hazırlanmasında pambıq, ipək və kətan parçalardan istifadə olunur. Müasir zabutonların hazırlanmasında poliefir saplardan da istifadə olunur. Bu, zabutonun formasını uzun müddət qorumasına şərait yaradır. Zabutonun mərkəzində sampo-toci adlı Y formasında tikiş bəzəyi olur. Bu tikiş bəzəyi zabutonda oturmağın istiqamətini göstərir. Zabutonun hər küncündə qotaz olur. Bu qotazlar uğur simvolu hesab olunur.

Evlər üçün hazırlanan zabutonların ölçüsü 55 x 59 sm olur, məbədlər üçün hazırlananlar isə daha böyük – 59 x 63 sm olur. Əsas formada dördbucaqlı olsa da, ocami adlı zabuton növü dairəvi formada hazırlanır. Ocami zabutonu daha qalındır, üzərində dəniz dalğalarının naxışları olur. Bu, yaxşı uğurun simvolu hesab olunur.

Qalereya

İstinadlar

Kateqoriya:Yastıqlar Kateqoriya:Yapon evi