Əbdüllətif Şirvani (; ) — XVI əsr Azərbaycan xəttatı.

Həyatı Bəzi mənbələrə görə, 1556-cı ildə anadan olmuşdur, lakin digər mənbələr daha erkən tarixə işarə edir. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530–1560 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Əbdüllətif Şirvani tərəfindən üzü köçürülmüş Sədinin "Bustan" (1539) və "İstanbulda baş vermiş daşqın haqqında hekayə" (1563–1564) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır. 1602-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan xəttatları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:XVI əsr Azərbaycan yazıçıları