Xose Gilyermo Abel Lopes Portilyo-i-Paçeko (; ) — Meksika siyasətçisi, 1 dekabr 1976-cı ildən 30 noyabr 1982-ci ilə qədər Meksika Prezidenti.
Həyatı 1945-ci ildə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. Tezliklə partiyanın önəmli üzvlərindən birinə çevrilmişdir. Digər dövlət vəzifələri arasında o, 1970-ci ildə İrs maziri, 1973–1975-ci illərdə Maliyyə və Dövlət Krediti katibi vəzifələrində çalışmışdır. 1976–1982-ci illərdə Meksika Prezidenti olmuşdur. Prezidentliyi dövründə o, parlamenti genişləndirərək müxalifətin minimum təmsilçiliyini təmin etmişdir. Bu, İİP-nin hər yerdə mövcudluğunu daha az bariz etmişdir. O, Tabasko və Verakruz ştatlarında həmin illərdə aşkar edilmiş neft ehtiyatlarının istismarı və ixracının tərəfdarı olmuşdur. Bu ticarətdən əldə edilən gəlirin çox hissəsini korrupsioner məmurlar yayındırmışdılar. 1981-ci ildə neftin qiymətinin düşməsindən sonra yığılmış xarici borc dövlət maliyyəsinin iflasa uğramasına səbəb olmuşdur. Xarici siyasətdə o, Üçüncü dünya ölkələrinə yanaşmaya üstünlük vermişdir. O, dövlət nəzəriyyəsi ilə bağlı kitablar və bəzi romanlar yazmışdır. Prezidentliyindən sonra 1990-cı illərin ortalarına qədər demək olar ki, həmişə Avropada yaşamışdır.
İstinadlar
Əlavə ədəbiyyat Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997.
Xarici keçidlər
Mexico's ex-president Lopez Portillo dies, CNN.com, February 18, 2004. GUNSON, P. José López Portillo: Mexico's most reviled president, The Guardian, February 20, 2004. ILIFF, L. Few mourn ex-Mexican leader, Dallas Morning News, February 18, 2004 reproduced here DOYLE, Kate (ed.). Prelude to Disaster: José López Portillo and the Crash of 1976, National Security Archive Electronic Briefing Book No. 115.
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:Meksika yazıçıları