Barselona FK 6–1 Pari Sen-Jermen FK — 8 mart 2017-ci ildə UEFA Çempionlar Liqası çərçivəsində Barselonadakı Kamp Nou stadionunda baş tutan cavab matçının nəticəsi. 2016–17 UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa aid bu nəticə ilə "Barselona" "Paris Sen-Jermen"lə arasındakı dörd qol fərqini aradan qaldıraraq 6–5 ümumi hesabı ilə qalib gəlmiş və bu, UEFA Çempionlar Liqası tarixindəki ən böyük geri dönüş olmuşdur. Bu nəticə İspaniya və Fransada "La Remontada" ( – "geri dönüş") kimi tanınır.

Arxa fon

Tarix Bu matçla "Pari Sen-Jermen" və "Barselona" üçüncü dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşı-qarşıya gəldi. Onların əvvəlki iki qarşılaşmalarında "Pari Sen-Jermen" 2012–13 mövsümündə səfər qollarında, 2014–15 mövsümündə isə ümumi hesabda "Barselona"ya məğlub olmuşdu.

Qrup mərhələsi Hər iki komanda qrup mərhələsindən rahatlıqla keçə bilmişdi. "Pari Sen-Jermen" "Arsenal" və "Bazel" klubları ilə qarşılaşaraq və 3-cü yerdəki "Ludoqorets Razqrad" üzərində 9 xal fərqi əldə edərək A qrupunda ikinci olmuş, "Barselona" isə C qrupunda "Borussiya Münhenqladbax" və "Seltik"i böyük fərqlə qabaqlayaraq və 2-ci pillədə qərarlaşan "Mançester Siti"ni 6 xalla keçərək qrupun lideri olmuşdu.

İlk qarşılaşma

Matç

Xülasə Cavab matçı martın 8-də Barselonadakı Kamp Nou stadionunda keçirildi. Hər iki komanda matça yenə öz liqa oyunlarında qələbə əldə edərək gəlmişdilər: "Barselona" "Selta Viqo" üzərində 5–0, "Pari Sen-Jermen" isə "Nansi" üzərində 1–0 hesabla qalib gəlmişdi.

Oyuna 96 290 tamaşaçı gəlmişdi. Oyunun ilk qolunu "Barselona"nın futbolçusu Luis Suarez 3-cü dəqiqədə vurdu. 40-cı dəqiqədə "Pari Sen-Jermen"in futbolçusu Leven Kyurzava Andres İnyastanın zərbəsini dəf edərkən avtoqola imza atdı. Üçüncü qol isə 50-ci dəqiqədə Tomas Menye tərəfindən Neymara kobudluq edilməsindən sonra Lionel Messinin vurduğu penalti zərbəsindən gəldi. 62-ci dəqiqədə Edinson Kavaninin "Pari Sen-Jermen"in matçdakı yeganə qolunu vurmasından sonra "Barselona"nın ümidləri azaldı: əvvəlki matçdakı qollara görə "PSJ" 5–3 ümumi hesabı ilə üstün idi və qələbə üçün "Barselona"nın daha üç qola ehtiyacı var idi. Daha sonrasında "Barselona"nın futbolçusu Maskerano "Barselona"nın cərimə meydançasında Di Marianı sürükləsə də, hakim Dəniz Aytəkin penalti zərbəsi təyin etmədi. Neymar matçın son mərhələlərində iki qol vurdu: o, 88-ci dəqiqədə cərimə zərbəsi və 90+1-də Luis Suarezin yıxıldığı zaman təyin olunmuş mübahisəli penalti zərbəsi ilə hesabı 5–1-ə çatdırdı. Matçın son saniyələrində Neymarın cərimə meydançasına etdiyi ötürmə ilə Serji Roberto 90+5-ci dəqiqədə altıncı və sonuncu qolu vuraraq hesabı 6–1-ə dəyişdi. Beləliklə "Barselona" matçda 6–1, ümumi hesabda isə 6–5 hesabı qələbə çalaraq 1/4 finala yüksəldi.

Təfərrüatlar

GK 1 Mark-Andre ter ŞtegenCB 14 Xavier MaskeranoCB 3 Jerar Pike CB 23 Samuel UmtitiDM 5 Serxio Buskets RM 4 İvan Rakitiç LM 8 Andres İnyesta (c) AM 10 Lionel MessiRF 12 Rafinha Alkantara CF 9 Luis Suarez LF 11 Neymar Substitutes:GK 13 Yasper SilesenDF 18 Xordi AlbaDF 19 Lukas DinDF 20 Serji Roberto MF 7 Arda Turan MF 21 Andre Gomeş FW 17 Pako AlkaserBaş məşqçi: Luis Enrike300px GK 1 Kevin TrappRB 12 Tomas Myönye CB 5 Markinyos CB 2 Tiaqu Silva (c)LB 20 Leven KyurzavaCM 25 Adrien RabyoCM 14 Blez Matyuidi RW 7 Lukas Moura AM 6 Marko Verratti LW 23 Yulian Draksler CF 9 Edinson Kavani Substitutes:GK 16 Alfons AreolaDF 3 Presnel KimpembeDF 19 Serj Orye MF 4 Qjeqoj Krikovyak MF 10 Xavyer PastoreMF 11 Anxel Di María MF 21 Hatem Ben ArfaBaş məşqçi: Unai Emeri

İstinadlar

Kateqoriya:Barselona FK oyunları Kateqoriya:Pari Sen-Jermen FK oyunlarıKateqoriya:8 martdakı hadisələr