thumb|B qrupu vitaminləri ehtiva edən tabletlər. Vitaminlər canlı orqanizmin həyati fəaliyyətini davam etdirə bilməsi üçün cüzi miqdarda tələb olunan üzvi maddələr qrupudur. Vitamin anlayışı cüzi miqdarda tələb olunan digər mikroqidaları, yəni mineral duzlar, əvəzolunmaz yağ turşuları və əvəzolunmaz aminturşular əhatə etmir.Maton, Anthea; Hopkins, Jean; McLaughlin, Charles William; Johnson, Susan; Warner, Maryanna Quon; LaHart, David; Wright, Jill D. (1993). Human Biology and Health. Englewood Cliffs, New Jersey, USA: Prentice Hall.

Ümumi Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Müxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və müəyyən xəstəliklərə, avitaminoz (sinqa, raxit, qanaxma, boyartmanın ləngiməsi) səbəb olur. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.

Vitaminlər iki qrupa bölünür: suda həll olan (C vitamini və B qrupu vitaminlər) və yağda həll olan (A, D, E, K) vitaminləri.

C vitamini left|thumb|274x274px|Askorbin turşusu və ya vitamin C kristalları. C vitamini və ya askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, çiyələk, qarağat, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir. Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

Gündəlik tələbat 50–78 mq-dır. Yaşlı adamın isə C vitamininə gündəlik təlabatı: yüngül işdə 75–100 mq, ağır işdə 200–300 mq-dır. Bəzən C vitamininə "müqavimət vitamini" də adlandırırlar. O, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində, hemoqlobinin aktivliyinin artmasında, bir çox zəruri maddələrin yaranmasında iştirak edir. Hipovitaminoz zamanı dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi baş verir.

B vitamini qrupu B qrupu vitaminlərinə çoxlu vitaminlər (B1, B2, B6, B12) daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. B qrupu vitaminləri süd və süd məhsullarında, ətdə, qaraciyərdə, çörəkdə, yerkökündə, almada, kələmdə, ispanaqda və s.daha çox olur

B1 vitamini thumb|250pxTiamin, aneyrin, antinevrit vitamini. 1912-ci ildə K.Funk tərəfindən tapılmışdır. Tərkibi iki komponentdən – pirimidin nüvəsi ilə rabitəli olan 2-metil-5-hidroksimetil-6 aminopirimidindən və tiazol qalığından ibarətdir. Ona sutkalıq tələbat 3–4 mq-dır. Yalnız bitkilər və mikroorqanizmlər onu sintez edir. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır. Su-duz mübadiləsi, həzm, sinir sistemi, həmçinin ürəyin işi pozulur. Ətraflarda atrofiyalar yaranır. B1 vitamini almamış adamlarda 1–3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur. Tərkibində həm kükürd, həm də amin qrupu olduğu üçün tiamin də adlanır. Aşağıdakı qrupları mövcuddur.

B2 vitamini Riboflavin, laktoflavin vitamini. Flavinlər qrupundan olan bu maddə sarı rəngli kristallik maddədir. Tərkibi iki komponentdən – izoalloksazinin metilləşmiş törəməsindən və onunla birləşmiş ribitol spirtindən ibarətdir. Gündəlik tələbat 2–4 mq-dır. Tərəvəzlərdə, süddə, yumurta sarısında, balıqda, qaraciyərdə, böyrəkdə olur. B2 vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir və s. B2 vitamini hemoqlobinin sintezində iştirak etdiyi üçün, onun çatışmazlığı nəticəsində anemiya xəstəliyi də törəyə bilər.

B3 vitamini pantoten turşusu, antidermatid amili. Onun molekulu bir-birilə peptid rabitəsi ilə birləşmiş β-alanindən və α, γ–dihidroksi–β, β1–dimetil-yağ turşusundan ibarətdir. Gündəlik tələbat 10 mq-a bərabərdir. Zülalların biosintezində, qlükozanın mənimsənilməsində, üzvlərin fəaliyyətində mühüm rol oynayır. Onun təsirindən amin tutşuların və karbonihidratların qana sorulması sürətlənir. Bağırsaqların divarlarının dalğavari yığılması güclənir. O, asetilləşmə reaksiyalarında Koferment kimi iştirak edən koenzim A-nın tərkibinə daxildir. B3 vitamininin avitaminozu nəticəsində heyvanlarda boy artımı ləngiyir, qanda xolesterinin miqdarı azalır, yağ mübadiləsi pozulur, qaraciyərdə və böyrəklərdə degenerasiya baş verir və s.

B5 vitamini Pantotenik turşusu vitamini. Təbiətdə bol miqdarda olduğu üçün B5 vitamini çatışmazlığına rast gəlinmir. Ayrıca bağırsaqlarda da bir miqdar B5 vitamini edilməkdədir. B5 vitamini əskikliyi qan şəkərində düşməyə, əllərdə titrəməyə səbəb ola bilər. Qaraciyər, ət, toyuq, yumurta və tərəvəzlər ən əhəmiyyətli qaynaqlarıdır.

B6 vitamini Piridoksin, adermin, antidermatid vitamin. Piridin törəmələridir. Ağ kristallik maddədir. Gündəlik tələbat 2–3 mq-dır. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun avitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir poğunluqları baş verir.

B11 vitamini Fol turşusu vitamini. Qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. Hüceyrə bölünməsi üçün lazımdır. B11 vitamini çatışmazlığı nəticəsində iştahasızlıq, kilo itkisi, ürək bulanma, qusma, ishal, baş ağrıları, unutqanlıq kimi bəzi ürək problemləri meydana gələ bilər. Qaraciyər, böyrək, ət, isbanaq, kahı, yumurta, çörək, portağal və banan ən əhəmiyyətli qaynaqlarıdır.

B12 vitamini Siankobalamin, antianemin vitamini. Tünd qırmızı rəngli kristallik maddədir. Tərkibində kobalt (4.5%) və sian qrupu olduğu üçün siankobalamin adlanır. Gündəlik tələbat 1–3 mkq- dır. Süddə, yumurta sarısında, pendirdə, balıqda, böyrəkdə, ətdə xüsusən qaraciyərdə B12 vitamini çox olur. Daha çox istifadə edilir. Bu vitamin orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

A vitamini thumb|290x290px|A vitamini (retinol) Retinol, yaxud antikseroftalmik vitamin. A vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Tərkibi biratomlu doymamış tsiklik spirtdən ibarətdir, açıq sarı rəngli kristallik maddədir. Sutkalıq tələbat 1–2.5 mq-a bərabərdir. ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyi, spermatogenezin pozğunluğu, dərinin buynuz təbəqəsinin və selikli qişaların zədələnməsi və quruması, arıqlama kimi mənfi hallara səbəb olur. A vitamini, həmçinin orqanizmdə normal boy atma üçün zəruridir. Lakin çoxlu A vitaminin qəbulu da zərərli təsir göstərir. ən çox qaraciyər, balıq yağı, kərə yağı, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur. A vitamini ətdə və süd məhsullarında olduğu kimi A provitamini bitki mənşəli qidalarda olur. Bütün meyvə və tərəvəzlərdə (qırmızı, sarı, yaşıl və narıncı rəngli) karotin tapa bilərik ki, qida həzmi aparatında A vitamininə çevrilə bilər. Əhəmiyyətlidir ! Karotin güclü antioksidantdır, xərçəngin yaranmasında böyük rol oynayan sərbəst radikalların kənarlaşdırılmasına səbəb olur. Karotin dərini və əzələləri qoruyur, ağız boşluğu, mədə, yoğun bağırsaq və uşaqlıq boynu xərçənginin qarşısını alır. Təklif olunur ki, gündə 800–1000 mkq A vitamini (retinol) istifadə edilsin. A vitamini artıqlığı (25 000 ME-dən çox) əlavə formasında qəbul edildikdə ağciyər xərçənginə səbəb ola bilər, xüsusən də siqaret çəkənlərdə. Karotin (A provitamini) mənbələri. Kök, ispanaq, cəfəri, qırmızı bibər, kələm, boranı, yemiş, ərik, pomidor, şaftalı, qarpız, naringi, portağal, gilas, manqold (çuğundur növü), brokkoli, vəzəri. A vitamininin miqdarı (mkq/100q): Turşəngdə-2100; kökdə-2000; cəfəridə-1160; ispanaqda-1000; şirin kartofda-670; mavi balıqda-450; pendirdə-240; tərəvəzlərdə-130. Karotinin miqdarı (mkq/100q): Kökdə-8; ispanaqda, cəfəridə-4, şirin kartofda-4; qırmızı bibərdə-3,5; kələmdə-3; boranıda-2,5; turşəngdə-2, yemişdə-1,8; ərikdə-1,6; brokkollidə-0,9; pomidorda-0,6.

E vitamini Tokoferol, yaxud nəslitörətmə vitamini. "E" vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək insan və heyvanın balavermə qabiliyyətini artırır, yaraların sağalmasını təmin edir. Bu vitamin ən çox pambıq yağı, kətan yağı, dana əti və kərə yağında, noxud, qaraciyər, süd və yumurta sarısında olur. Gündəlik tələbat 25–30 mq-dır. 1936-cı ildə Evans tərəfindən tapılmışdır. Hipovitaminoz zamanı nəslitörətmə qabiliyyətinin pozulması, əzələ zəifliyi, iflic və.s müşahidə olunur. thumb|H vitamini (Biotin)|290x290px E vitamini antioksidant olub çox əhəmiyyətli funksiyanı yerinə yetirir – sərbəst radikalları tutur. O, hüceyrə membranlarını qoruyur (sərbəst radikallardan xilas edərək). Qan dövranını və "yaxşı xolesterin" əmələ gəlməsini aktivləşdirir. İmmun sistemini stimullaşdırır. Selen ilə birlikdə süd vəzi xərçənginin qarşısını alır. Qidalarda E vitamininin miqdarı (mkq/100 q): Buğda cücərtisinin yağı – 135; Günəbaxan yağı – 50; Kətan – 50; Qarğıdalı yağı – 40; Fındıq –26; Badam – 25; Zeytun yağı – 12; Araxis – 8; Tunes (iri yırtıcı balıq) yağı – 6,3; Püstə – 5,2; Qoz – 4; Avokado – 3,2; Pomidor – 1,2 Əhəmiyyətlidir! Sağlam E vitamini mənbələri: buğda rüşeymləri, rafinə olunmamış günəbaxan və zeytun yağları, badam, qoz, Braziliya kokosu, şüyüt, şirin kartof, noxud, küncüt, fındıq, cəfəri, qurudulmuş qara gavalı, avokado, pomidor və s. Əlavə şəklində yüksək dozalarda E vitamini qəbulu prostat xərçəngi riski ilə əlaqədardır. Onun qidada istifadəsini məhdudlaşdırmaq lazımdır.

H vitamini

Antiseboreya vitamini və ya biotin vitamini. Hipovitaminoz nəticəsində dermatit, sinir pozğunluqları, ürəkbulanma, yorğunluq və s. baş verir. Gündəlik tələbat 150–200 mkq-dır. Qaraciyər, yumurta sarısı, kartof, soğan, süd və s.-də biotin çoxdur.

K vitamini Filloxinon, yaxud antihemorragik vitamini. 1929-cu ildə Dam tərəfindən tapılmışdır.

İki vitamin bu aktivliyə malikdir: qarayoncadan alınmış K1 və çürüyən balıq unundan hazırlanmış — K2. birinci vitamin ikinciyə nisbətən iki dəfə artıq bioloji aktivliyə malikdir. Menaxinonin törəmələridir. İnsanın bağırsağında yaşayan bağırsaq çöpləri bakteriyaları sintez etdiyi üçün avitaminozu olmur. Hipovitaminoz zamanı isə bağırsaqda, beyində, əzələlərdə, dərialtı piy qatında qansızmalar olur.