Arsakion (Аrsakeon, ) — Yunanıstan və Albaniyada qeyri-kommersiya "Təhsil Dostları Cəmiyyəti" () tərəfindən idarə olunan bir qrup özəl birgə təhsil məktəbinin adı. Buraya Afina, Psixiko, Aniksis, Saloniki, Patras, Yanina şəhərlərində və Albaniyanın paytaxtı Tirana şəhərində ümumi sayı 9 mindən çox şagirdi olan altı məktəb daxildir. Komotini və Kiprdə də kampusların tikilməsi nəzərdə tutulub. Tarixi thumb|left|Afinada Panepistimiu küçəsində 1846-1852-ci illərdə memar Lisandros Kavtadzoğlu tərəfindən tikilmiş Arsakion Qızlar Məktəbi. İndi Yunanıstan Dövlət Şurasının binasıdır. Təhsil Dostları Cəmiyyəti 1836-cı ildə Yunanıstan krallığı qurulduqdan sonra təhsildəki boşluğu qız məktəblərinin çatışmazlığını doldurmaq üçün yaradılıb. "Cəmiyyət"in yaradılmasının təşəbbüskarları arxeoloq və müəllim İohan Kokkonis, pedaqoq Georgios Gennadios və arximandrit Misail (Apostolidis) idi. “Təhsil Dostları Cəmiyyəti”nə Yunanıstan İstiqlaliyyət müharibəsinin veteranları, yepiskoplar, siyasətçilər, nazirlərin məsləhətçiləri, hakim və alimləri daxil idi. İlk iştirakçılar arasında hakim Anastasios Polizoides, yazıçı Aleksandros Rangavis, müəllim İohann Vouros, nomarx Georgios Enian, Afina Universitetinin birinci rektoru Konstandin Sxinas, Nikolaos Kostis, general Theodoros Kolokotronis, general Dimitri Plaputas, Kanellos Delnis, Andreas Londos, milli himnin müəllifi Dionisios Solomos və s. var idi.

Arsakion məktəbi Apostol Arsak tərəfindən idarə edilirdi və 1850-ci ildə onun adını alıb. "Cəmiyyət" 1842-ci ildə Afinada Andros adasında yerləşən Aqias (Həyat verən bulaqımızın xanımı) monastırının yaxınlığında torpaq sahəsi aldı. Arsakion məktəbinin binası 1846-1852-ci illərdə tikilmişdir. Dövrün ən məşhur yunan memarı Lisandros Kavtadzoğlu tərəfindən dizayn edilmişdir. Bu, əvvəlcə Afinanın mərkəzində, Panepistimiu küçəsindəki qızlar üçün internat məktəbi idi. Məktəbin nəzdində pedaqoji peşə məktəbi var idi. Məktəb məzunları 1913-cü ildə Makedoniyaya Balkan müharibələri zamanı Yunan ordusu tərəfindən azad edilənə qədər Yunan dili və mədəniyyətini dəstəkləmək üçün göndərildi.

Baron Maykl Tositsasın dul arvadı Eleni Tositsa 170.000 drahmaya torpaq alıb və Aniksisdə Arsakion qızlar məktəbinin tikintisinin maliyyə xərclərini üzərinə götürüb. Tikinti onun ölümündən sonra 22 fevral 1877-ci ildə tamamlandı və məktəb onun Tositsion ("Τοσίτσειον") adını aldı. Tositsa Eleninin məktəbinə 20.000 drahma vəsiyyət etdi. 1984-1989-cu illərdə Afinadakı Arsakion məktəbi bərpa edildi və bina Yunanıstan Dövlət Şurasına verildi. 1999-cu ildə Albaniyanın paytaxtı Tirana şəhərində Arsakion məktəbi açılıb, istifadəyə verildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yunanıstanda təhsil Kateqoriya:Afinada təhsil Kateqoriya:Yunanıstan təhsil müəssisələri Kateqoriya:Albaniyada təhsil Kateqoriya:Tiranada təhsil