Bala Qusar (ləzgi.Пеле-КцIар/Pele-Kċar)— Azərbaycan Respublikasının Qusar rayonunun Bala Qusar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd XIX əsrdə Qusardan köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Etimologiya Kəndin tarixi və yerli oykonimi Pele-Kċar (Пеле-КцIар) ləzgi dilindən tərcümədə "Qusarın başlanğıcı" deməkdirТалибов Б.Б., Гаджиев М.М. Лезгинско- русский словарь. Redaksiya. Р.И.Гайдаров. Maxaçkala. «Советская энциклопедия», bəzən tərsinə Kċar-Pele də deyilir. Rəsmi sənədlərdə kəndin adı Bala Qusar kimi qeyd olunur, bəzən Bala-Qusar və ya Balaqusar formalarına da rast gəlinir. Bala Qusar oykonimi "Qusar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası Qusar rayonunun ərazisində yerləşən bu kənd, Qusar çayının sol sahilində, Qusar maili düzənliyindədir, qərbdən birbaşa Qusar şəhəri ilə birləşir.
Əhalisi Kənddə azərbaycanlılar və ləzgilər kompakt yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1446 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri