Taryel İsgəndər oğlu Ömərov () — Azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru. O, dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir.
Həyatı Taryel Ömərov 1980-ci ilin aprelin 4-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. İlk təhsilini A. Məmmədov adına Diyallı kənd orta məktəbində almış, 1997-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci Müalicə – Profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə məzun olmuşdur.
Fəaliyyəti
Əmək fəaliyyəti Taryel Ömərov əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında müəllim kimi başlamışdır. 2013-cü ildə Modern Hospitalda fəaliyyətinə davam etmiş və hazırda həmin hospitalın baş həkimidir.
O, Bariatrik Metabolik-Cərrahlar Assosiasiyasının təsisçisi və sədridir.
Elmi fəaliyyəti Taryel Ömərov dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir. Onun aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib və qlobal səviyyədə bir neçə dəfə patenləşdirilib. Mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası və laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyası Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib. Dünyanın bir çox nəşrlərində cərrah Taryel Ömərovun 2013–2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. Azərbaycanda ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan biri hesab olunur. Taryel Ömərov Beynəlxalq İdeya Müəllifləri siyahısına daxil edilib. 2022-ci ildə Çin Bariatik və Metobolik Cərrahlar Dərnəyinin (CSMBS) 9-cu illik konfransında, Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik xəstəliklər Federasiyasının (IFSO) 7-ci simpoziumunda, həmçinin 1-ci Beynəlxalq Çin Metabolik və Bariatik Cərrahiyyə konfransında, 2023-cü ildə isə Beynəlxalq Piylənmə və Metabolik Xəstəliklərin Cərrahiyyə Federasiyasının (IFSO) XXVI konqresində Azərbaycanı təmsil edib.
Müəllifi olduğu dərsliklər və tibbi kitablar Dərslik – "Cərrahi xəstəliklər fənnindən izahlı testlər və situasion tapşırıqlar" Həmmüəllif. 2015. Bakı. Dərslik – " Cərrahi xəstəliklər I hissə " 952 səhifə. Həmmüəllif. 2017 Bakı. Dərslik – " Cərrahi xəstəliklər " 1964 səhifə. Həmmüəllif. 2019. Bakı. Хирургические болезни. e-учебник. 3-е издание. Стамбул. 2020. — 695s. Учебник для студентов Медицинских Вузов. Под общей ред. Проф. Н. Ю. Байрамова. Соавтор раздела "Бариатрическая и метаболическая хирургия". Истанбул. 2020 Cərrahi xəstəliklər. e-dərslik. III nəşr. II cild. Prof. N. Y. Bayramovun ümumi redaktorluğu ilə. "Metabolik və bariatrik cərrahiyyə" bölümünün. həmmüəllifi. İstanbul. 2020. – 2130 s. Klinisistlər üçün metodik tövsiyələr – "ABDOMİNAL CƏRRAHİ PATOLOGİYALARA YANAŞMA QAYDALARI." 564 səh. Həmmüəllif. Istanbul 2020.
Patentləşdirilmiş elmi ixtiraları PCT International Application No.: "AZ2017/000003", titled, "METHOD OF PERFORMING LAPAROSCOPIC BARIATRIC SURGERY" . WO2018218315. Евразийский патент № 037681-СПОСОБ ВЫПОЛНЕНИЯ ЛАПАРОСКОПИЧЕСКОЙ БАРИАТРИЧЕСКОЙ ОПЕРАЦИИ. Евразийский сервер публикаций.
Beynəlxalq tədqiqat layihələri Taryel Ömərov bir sıra bariatrik və metabolik cərrahlığa aid beynəlxalq çoxmərkəzli tədqiqat layihələrində iştirak etmişdir, o cümlədən:
IFSO Worldwide Survey 2016: Primary, Endoluminal, and Revisional Procedures. Bariatric Surgery Survey 2018: Similarities and Disparities Among the 5 IFSO Chapters. The First Consensus Statement on One Anastomosis/Mini Gastric Bypass (OAGB/MGB) Using a Modified Delphi Approach.
O həmçinin "Qaraciyər transplantasiyasından və metabolik cərrahiyyədən sonra qaraciyər fibrozu dinamikasınının qeyri-invaziv yolla qiymətlənirilməsi" layihəsinin rəhbəridir.Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondu.Gənc Alim və Mütəxəssislərin Qrant Layihələri Müsabiqəsi. Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri müsabiqəsi. EİF/GAM 2-2013-2(8)-FT
İstinadlar
Xarici keçidlər
Scopus profili ORCID profili Google Scholar profili