Vaqif Qəhrəmanov ( ) — Şöhrət ordenli azərbaycanlı həkim.

Həyatı və təhsili Qəhrəmanov Vaqif İmran oğlu 25 avqust 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "pediatriya" fakültəsini bitirib. 1964–1968-ci ilə qədər təyinatla Türkmənistan SSR-nin Taxta rayonunda həkim vəzifəsində işləyib.

Fəaliyyəti

Tibbi fəaliyyəti 1968–1970-ci illərdə Azərbaycan Respublikası Sumqayıt şəhəri 1 saylı birləşmiş xəstəxanada həkim cərrah vəzifəsində, 1970–1975-ci illərdə "Azərbaycan Boruyayma Zavodu"nun Tibb Sanitar Hissəsində baş həkim vəzifəsində işləmişdir.1975–1981-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir.

1981–1992-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə isə Sumqayıt şəhər 1 saylı xəstəxananın baş həkimi işləmişdir. 1993–1995-ci illərdə yenidən Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995–1998-ci illərdə Sumqayıt 2 saylı şəhər xəstəxanasında həkim cərrah və şöbə müdiri vəzifələrində də fəaliyyət göstərib.

1998–2005-ci illərdə Sumqayıt Bərpa Müalicə Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir.7 dekabr 2005-ci ildən 2015-ci ilə kimi Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsində işləyib.Faciə yan keçmişdir Hazırda Sumqayıt şəhər 3 saylı xəstəxanada həkim-cərrah kimi fəaliyyətini davam etdirir.

6 elmi məqalənin və 1 ixtiranın müəlifidir.

Təltifləri 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhərin sosial-iqtisadi inkişafında xidmətinə görə "Şöhrət" Ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər