Afroiranlılar () — İranda yaşayan Afrika əsilli qaradərili insanlar. Afroiranlıların əksəriyyəti Hörmüzgan, Sistan və Bəlucistan, Xuzistan ostanlarında cəmləşmişdir.Mirzai, Behnaz. Afro-Iranian Lives (documentary film) . afroiranianlives.com. Retrieved 23 November 2011. Ölkədə onların sayı 1 milyon nəfərə yaxın qiymətləndirilir. Onlar Hörmüzgan, Xuzistan və Buşehr ostanlarında əhalinin təxminən 15%-ni təşkil edir.

Tarixi Hind okeanında kölə ticarəti çoxistiqamətli idi və zaman keçdikcə dəyişmişdir. Sərt əməyinə tələbatı ödəmək üçün ərəb kölə tacirləri tərəfindən əsir götürülən qaradərili kölələr əsrlər boyu çoxlu sayda İran körfəzi regionuna, Misirə, Ərəbistana, Hindistana, Uzaq Şərqə, Hind okeanı adalarına və Efiopiyaya satılırdı.Gwyn Campbell, The Structure of Slavery in Indian Ocean Africa and Asia, 1 edition, (Routledge: 2003), p.ix Digərləri minilliklər boyu mühacir olaraq və ya XVI əsrin əvvəllərində İranın cənubundakı Hörmüz əmirliyinin bir hissəsi olan Bəndər-Abbas, Hörmüz və Qeşm adaları limanlarının əksəriyyətini işğal edən Portuqaliya kölə tacirləri vasitəsilə gəlmişdilər.Tazmini, Ghoncheh. (Cambridge University Press: 1 January 2022), vol. 50, no. 2, pp. 284. Retrieved 6 March 2023.

Qacarlar sülaləsi dövründə bir çox varlı ailələr ev işləri görmək üçün qaradərili qadın və uşaqları kölə kimi idxal edirdilər. Bu cür kölə əməyi yalnız müasir Tanzaniya, Mozambik və Malaviyə uyğun gələn ərazidə cənub-şərqi Afrika sahillərində yaşayan bantudilli zənci xalqı tərəfindən həyata keçirilirdi.F.R.C. Bagley et al., The Last Great Muslim Empires, (Brill: 1997), p.174Bethwell A. Ogot, Zamani: A Survey of East African History, (East African Publishing House: 1974), p.104 Buna baxmayaraq, 1848-ci ildə Məhəmməd şah Qacar ​​Britaniyanın təzyiqi ilə kölə ticarətini qadağan edən bir fərman vermişdir.

İstinadlar

Kateqoriya:Asiyada Afrika diasporu Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Afrika əsilli şəxslər Kateqoriya:İran tarixi