Aleksandr Lentsov (; ) — Rus hərbçi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. Lentsov 1996–2009-cu illərdə 98-ci Qvardiya Hava-Desant Diviziyasının komandiri olub. Quru Qoşunlarının baş komandanının müavini vəzifəsində olarkən 2023-cü ilin aprel ayında Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin təyin edilib.

Həyatı 1993-cü ildən — 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra — 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svir Diviziyasının komandiri olub. Rusiya sülhməramlılarının Bosniyadakı bölməsinin komandiri kimi Bosniya müharibəsində, eləcə də həm İkinci Çeçen müharibəsi, həm də 2008-ci ildə Cənubi Osetiyadakı müharibədə iştirak etmişdir.

2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirmişdir.

2009-cu il avqustun 5-dən — Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub. 13 dekabr 2011-ci ildə general-leytenant hərbi rütbəsi verilmişdir.

31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə o, Rusiya Federasiyasının Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib.

2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı o, Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup rus hərbçisinə rəhbərlik edib.

13 dekabr 2014-cü ildə ona general-polkovnik rütbəsi verilmişdir.

15 fevral 2016-cı ildə Beynəlxalq Tank Biatlonu Federasiyasının prezidenti seçildi.

22 yanvar 2020-ci ildə Rusiya Prezidentinin fərmanı ilə o, Quru Qoşunları Baş Komandanının müavini vəzifəsindən azad edilərək Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri təyin edilib.

Suriyadakı Rusiya Hərbi Əməliyyatının üzvü, 2016-cı ildə — Rusiya Federasiyasının Suriyadakı Silahlı Qüvvələri Qrupunun komendantlıqlar üzrə komandir müavini işləyib.

2023-cü il aprelin 25-dən sentyabrın 3-dək Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandiri olub.

İstinadlar

Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Bosniya müharibəsinin iştirakçıları