Çiləgir — Azərbaycan Respublikasının Qusar rayonunun Urva kənd inzibati ərazi dairəsində kənd. Qusarçayın sahilində, Qusar maili düzənliyindədir.
Tarixi
Toponimikası Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan Çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
Xaçmaz rayonuda da Çiləgir adında kənd mövcuddur.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1029 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629 Kənddə ləzgilər və azərbaycanlılar uzun illərdir birgə yaşayır, hər iki xalqın mədəniyyəti, adət-ənənəsi və gündəlik həyat tərzi qarşılıqlı təsir nəticəsində zənginləşmişdirСборник сведений о Кавказе. Том 5: Списки населенных мест Кавказского края. Ч.1:Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. —
Sixillər
Kəndəki sixillər (sept, soylar)Сборник сведений о Кавказе. Том 5: Списки населенных мест Кавказского края. Ч.1:Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. — :
Çaraxar Qaquyar Qeqelar Qızılbaşar İğirar Serderan veledar Şayx-Muhammadar Tuluğar Ziper İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax Qusar rayonu
Kateqoriya:Qusar rayonunun kəndləri