Osiliyalılar () və ya Saarlased — XIII əsrdə Şimali Səlib yürüşlərindən əvvəl Estoniyanın Saaremaa adasının əhalisinin tarixi adı. Baltik dənizində yerləşən ada o dövrə aid yazılı mənbələrdə "Osiliya" kimi də xatırlanırdı. Vikinq dövrü ədəbiyyatında sakinlər tez-tez "Estoniyadan olan vikinqlər" adı altında yer alırdılar. Sözün yazıda hallandığı məlum ən erkən mənbə XIII əsrdə Latviyalı Henrixə məxsusdur. Saaremaa sakinləri Estoniya vikinqləri dövrünə aid bir sıra tarixi yazılı mənbələrdə də xatırlanır.

Şimali Səlib yürüşləri ərəfəsində "Livoniya qafiyəli salnaməsi"ndə o vaxt Saaremaada yaşayan insanlar belə təsvir edilmişdir: "Kurşlar ilə qonşu olan osiliyalılar dənizlə əhatə olunmuşdur və gücləri gəmilərində olduğu üçün heç vaxt qüdrətli ordulardan qorxmurlar. Onlar yayda dənizdən keçə bildikləri zaman həm xristianlara, həm də bütpərəstlərə basqın edərək ətrafdakı ölkələrə zülm edirlər".The Baltic Crusade By William L. Urban; p. 20

Basqınlar Latviyalı Henrixin salnaməsi beş yüz osiliyalı döyüşçü daşıyan on altı gəmidən ibarət donanmanın indiki İsveçin cənubunda, o zamanlar Danimarkaya aid olan ərazini dağıddığını təsvir edir. "Gesta Danorum"un XIV kitabında Sakson Qrammatik 1170-ci ildə Elandda baş verən döyüşü təsvir etmişdir. Bu döyüşdə Danimarka kralı I Valdemar kurş və Estoniya quldurlarının hücumlarını cilovlamaq üçün bütün donanmasını səfərbər etmişdi.

"Livoniya salnaməsi"ndə bildirilmişdir ki, osiliyalıar ozeliyalıları iki növ gəmidən, "piratika"dan və "liburna"dan istifadə edirdi. Birincisi döyüş gəmisi, ikincisi isə əsasən ticarət gəmisi idi. Piratika təxminən 30 nəfəri daşıya bilərdi? əjdaha və ya ilan başı formalı hündür buruna, eləcə də dördbucaqlı yelkənə malik idi.

Dil Latviyalı Henrix XIII əsrdə Osiliya bütpərəstləri ilə əsir götürülmüş xristian missioner Selleli Frederik arasında qarşılaşma haqqında yazmışdı. O, bütpərəstlərin missionerə işgəncə verərkən "Laula! Laula! Pappi!" ifadələrindən istifadə etdiyini qeyd etmişdir. Baltikyanı-fin dillərində olan bu ifadə o zamanlar osiliyalıların danışdıqları dilin bu dil qrupuna aid olması haqqında irəli sürülən təklifləri dəstəkləmişdir.

Din Latviyalı Henrixin məlumatına görə, osiliyalıların ali tanrısı Taara adlanırdı.The Chronicle of Henry of Livonia, Page 193 http://www.folklore.ee/folklore/vol26/sutrop.pdf Taarapita – the Great God of the Oeselians. Article by Urmas Sutrop Salnamədə verilən əfsanəyə görə, Taara materik Estoniyanın Vironiya regionunun meşəliklərində yerləşən dağda doğulmuş və sonradan Osiliyaya uçmuşdur. Taara Skandinaviya tanrısı Tor ilə əlaqələndirilir.

İstinadlar

Kateqoriya:Avropanın qədim xalqları Kateqoriya:Fin-uqor xalqları Kateqoriya:Saaremaa