Fərəc bəy Zeynal oğlu Sultanov () — Azərbaycan pedaqoqu, maarifçi və publisist.
Həyatı Görkəmli pedaqoq Fərəc bəy Zeynal oğlu Sultanov 1860-cı ildə Şuşa qəzasının Vərəndə nahiyyəsinin Saracıq kəndində anadan olmuşdur. İlk təhsilini molla yanında aldıqdan sonra Şuşa qəza məktəbində oxumuşdur. Qori Müəllimlər Seminariyasını, Tiflis Aleksandr Müəllimlər İnstitutunu bitirmişdir.
Fəaliyyəti 1887–1888-ci illərdə Naxçıvan şəhər məktəbinin elm-fənn müəlliminin köməkçisi işləmişdirКавказский календарь на 1853 год, Тифлис, 1852, s.335. Naxçıvan qəza məktəbinin ilk azərbaycanlı elm-fənn müəllimi kimi işə başlayana qədər Fərəc bəyin bioqrafiyasında artıq polis təqibləri də, sonralar çarizm əleyhdarlarının daimi "qeydiyyat yerinə" çevrilən Metex qalasında yaşanan həbs həyatı da vardı. M.Seyidbəyli, A.Nəzərova, S.Namazova, N.Nuriyev. Şuşanın görkəmli simaları. Bakı, 2022, 259 s. Bəzi mənbələrdə Fərəc bəy Sultanovun 1881–1889-cu illər ərzində Naxçıvanda işlədiyi bildirilir. Fərəc bəy 1890-cı ildən Tiflisə köçmüş, əvvəlcə ruhani idarəsində, eyni zamanda şiə məktəbində işləmiş, daha sonra ömrünün sonuna qədər Zaqafqaziya Dəmir yol idarəsində çalışmışdır. Hələ tələbəlik illərində xalqçılıq ideyaları ilə tanış olmuş Fərəc bəy 1880-ci ildən inqilabi hərəkatda iştirak etmişdir. Bu ildən sosial-demokrat fəhlə dərnəyinin üzvü olmuşdur. 1897–1903-cü illərdə Tiflis Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olaraq fəaliyyət göstərmişdir. Tiflisdəki xalqçılar dərnəyinin fəal üzvlərindən biri kimi ad çıxarmışdı.
Fərəc bəy Sultanov 1914-cü ildə vəfat etmişdir.Çingizoğlu Ə. Qarabağda maarif. Bakı: Zərdabi LTD, 2013, 288 s.
Yaradıcılığı Ədəbi yaradıcılıqla məşğul olmuş, "Əliallahilik təriqəti haqqında bəzi qeydlər" adlı publisist məqaləsini dərc etdirmişdi. Tədqiqatçılar məqalədə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin mövzusu, xüsusilə Şeyx Nəsrullah obrazı ilə səsləşən məqamlar olduğuna aid fikirlər söyləmişlər.
İstinadlar
Mənbə
Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 8, səh.25-35. Kateqoriya:Sultanovlar (Xırdapara-Dizaq) Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan inqilabçıları