Mixail İvanoviç Batyanov (; ) – Rusiya İmperator Ordusunun generalı. Rus-yapon müharibəsində Üçüncü Mancuriya Ordusunun komandanı olmuşdur.
Həyatı Mixail Batyanov 1852-ci ildə Donanma Kollecini bitirmiş və Qara Dəniz Donanmasında xidmət göstərmişdir. Krım müharibəsi (1853–1856) zamanı Sevastopolun müdafiəsində iştirak etmişdir. Daha sonra Rusiya İmperator Ordusuna transfer olmuş, Finlandiya və Jitomir alaylarında xidmət göstərmişdir. 1867-ci ildə Qafqaz müharibəsində iştirak etmiş, polkovnik rütbəsinə yüksələrək Kabardin alayının komandanı təyin olunmuşdur. Batyanov pulemyot kimi silahların və yeni taktikaların orduda istifadə olunmasında iştirak etmişdir.
Batyanov 1905-ci ilin mayında general Aleksandr fon Bilderlinqi əvəz edərək Üçüncü Mancuriya Ordusunun komandanı təyin olunmuşdur. Mukden döyüşündən sonra Şiheyqay yaxınlığında yeni müdafiə xəttinin təşkil olunmasında iştirak etmişdir. 1911-ci ildə təqaüdə çıxmışdır.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları