Ayşənur İslam () — türk siyasətçisi və müəllimi.

25 dekabr 2013-cü ildə Ərdoğanın üçüncü kabinetində Ailə və Sosial Siyasət naziri vəzifəsinə təyin edilib və 28 avqust 2015-ci ilə qədər bu vəzifədə çalışıb. Həyatı Ayşənur İslam 16 yanvar 1958-ci ildə İstanbulun Üsküdar səmtində Mehmet İslam və Cahidə İslamın ailəsində anadan olub. O, Ankara Universitetində türk ədəbiyyatı təhsili alıb və həmin universitetdə magistr dərəcəsinə də yiyələnib. Qazi Universitetindən isə fəlsəfə doktoru dərəcəsini almışdır.

Ayşənur Yılmaz 2005-ci ildə dosent elmi adına yiyələnib. İslam Ankara Universiteti, Kırıkkale Universiteti və Başkənd Universitetində pedaqoq kimi çalışıb. On kitabın və 40-a yaxın nəşrin müəllifidir.

O, Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Mərvə Kavakçının da qayınatası olan Nadir Lətif İslamın gəlinidir. Həyat yoldaşı Bahadır İslam həkimdir, yardım təşkilatlarında könüllü işləyir. O, 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum basqınında iştirak edən MV Mavi Mərmərə gəmisində olub.

İslamın bir övladı var.

Siyasi karyerası Ayşənur İslam hakim Ədalət və İnkişaf Partiyası (AKP) vasitəsilə siyasətə qədəm qoyub, 2011-ci ildə keçirilən ümumi seçkidə Sakarya vilayətindən millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib.

26 dekabr 2013-cü ildə Türkiyədə, 2013-cü il korrupsiya qalmaqalından sonra bir gün əvvəl, dekabrın 25-də açıqlanan on yeni adla Ərdoğanın kabinet dəyişikliyi zamanı Fatma Şahinin yerinə Ailə və Sosial Siyasət naziri vəzifəsinə başladı.

Onun kabinetə daxil olmasında prezident Abdullah Gülün də rolu olduğu bildirilib. O, dövlət qulluqçusu olduğu müddətdə prezidentin baş katibi Mustafa İsenlə birgə çalışıb. O, sosial siyasətdə də çox bacarıqlıdır.

İstinadlar

Kateqoriya:Ankara Universitetinin müəllimləri Kateqoriya:Kadıköy Anadolu Liseyinin məzunları Kateqoriya:Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin məzunları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Fəlsəfə doktorları