Krım əfsanələri Krım tatarlarına məxsus folklor ədəbiyyatında yer alan əfsanələr toplusuna verilən addır. Krım əfsanələrinə maraq 19-cu əsrin sonlarından etibarən oyanmışdır.Kondaraki, V. (1883). Legendi Krima, Moscow: Tipografiya Checherina. Əfsanələr turizmi təşviq etmək məqsədilə nəşr edilirdi.Marx, N. (1914). Legendi Krima, Moscow: Skoropechatnya A. A. Levenson; Marx, N. (1917). Legendi Krima, Odessa: Odesskie novosti. Krım xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşri üzrə fəaliyyətlər daha çox qeyri-peşəkarlar tərəfindən həyata keçirilirdi. Buna görə də əksər vaxtlarda toplanmış materialların təsnifat prinsipləri və əfsanələrin milli mənşəyi naməlum olaraq qalır.Zherdieva, A. (2012). Principles of publishing of Crimean legends. Kultura narodov prichernomorya, № 220, 148–156.
Tarix Sırf Krım tatarlarına aid olan əfsanələrin nəşrinə əsas etibarilə 1937-ci ildən start verilmişdir.Birzgal, Jan. (1937). Qrьm tatar masallar ve legendalar. Simferopol: Qrım ASSR;Marx, N. (1914). Legendi Krima, Moscow: Skoropechatnya A. A. Levenson. Digər bir qism əfsanalərin isə YunanKondaraki, V. (1883). Legendi Krima, Moscow:Tipografiya Checherina. və Yəhudi Krım Türk xalqı olan KəraimlərəPolkanov, V. (1995). Legendi i predaniya karaev (krimskih karaimov-turkov), Simferopol.Vul, R., Shlyaposhnikov, S. (1959). Krimskie legendi, Simferopol: Krimizdat. aid olduğu deyilir. Əfsanələrin əksəriyyəti öz orijinal dillərində toplanmış və nəşr olunmaq üçün rus dilinə tərcümə edilmişdir. Əfsanə mətnlərinin məzmunu bəzi hallarda tərcüməçilərin və ya onları toplayanların şəxsi və aid olduqları mədəniyyətin təsirlərinə məruz qalmışdır.Zherdieva, A. (2013). Crimean legends as phenomenon of world culture, Saarbrücken: LAP LAMBERTAcademic Publishing
Əfsanələrin toplanmasına ən elmi yanaşma 1920–1930-cu illərdə hakimiyyətə yenicə gəlmiş və milli azlıqların mədəni inkişafına dəstək verməyə başlayan Kommunist Partiyasının elmi ekspedisiyaları dəstəkləməyə başlamasından sonra müşahidə edilmişdir.Birzgal, Jan. (1937). Qrьm tatar masallar ve legendalar. Simferopol: Qrım ASSR. Lakin Stalinin repressiyalarından və Krım tatarlarının deportasiyasından sonra folklor da o dövr hakimiyyətin ideoloji mahiyyətinə uyğun olan dəyişikliklər və təhriflərə məruz qalmışdır.Temnenko, G. (2002). "Crimean legend and some characteristics of modern cultural consciousness." Etnografiya Krima XIX – XX vekov i sovremennie etnokulturnie processi.
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra Krım əfsanələrinin nəşrinə yenidən başlanılmışdır.Barskaya, Tatyana. (1999). Legendi i predaniya Krima. Yalta: Krimpress. Lakin bu dəfə əfsanələr kommersiya məqsədilə buraxılırdı. Ticari məqsədli nəşrlərdən başqa, tatar cəmiyyəti də əfsanə toplularını nəşr etməyə başlamışlar.
Əlaqəli məqalələr Krım tatarları Krım tarixi Krım qotları Kəraimlər
İstinadlar
Kateqoriya:Əfsanələr Kateqoriya:Krım mədəniyyəti Kateqoriya:Krım Kateqoriya:Krım tatarları