Galakticos – 2016-cı ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "Valorant", "PUBG Mobile" kimi komandaları mövcuddur. "Astronavtlar" ləqəbi ilə tanınır.
Tarixi Klub 2016-cı ilin sonunda yaradılmışdır. 2021-ci ildə "Anatolia Esports" və "Galakticos" klubları birləşmişdir.
League of Legends Klubun "League of Legends" komandası Türkiyə Çempionluq Liqasının zəif komandalarından biri hesab olunur və ciddi uğur qazana bilməmişdir. 2017-ci ildə Türkiyə Çempionluq Liqasında çıxış etməyə başlamış, ilk mövsümündə qış və yay splitlərini, müvafiq olaraq, 6-cı və 7-ci yerlərdə tamamlamışdır. 2018 mövsümündə komanda ümumiyyətlə sonuncu yeri tutmuş, yay splitinə qatılmamışdır. Komanda ən böyük uğurunu 2020 mövsümünün yay splitində əldə etmişdir: normal liqanı ikinci yerdə tamamlamış və yarımfinala qədər çatmışdır.
2022 mövsümünün qış splitində ən pis nəticəsini göstərərək 10-cu yeri tutmuş, 18 oyunun 16-sında məğlub olmuşdur.
Heyət
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə Çempionluq Liqası komandaları Kateqoriya:2016-cı ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyənin kiberidman komandaları