İdris Xəlil oğlu Qədimov () — sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı. 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı.
Ailəsi İdris Qədimov Şəmkirin tanınmış Qədimovlar (Bədirbəylilər) (əvvəlki adla Bədirbəylilər) nəslindəndir.
Atası Xəlil ağa Qədimov (1897–1943) Azərbaycanda Sovet işğalına qarşı üsyanlar (1920-22), Şəmkir üsyanı sonrası sürgünə göndərilmiş mülkədarlar sırasında idi. Əmisi Zeynal ağa Qədimov daşnaklara qarşı xalq üsyanının rəhbərlərindən olub. Dayısı oğlu tanınmış filologiya üzrə elmlər doktoru Firudin Hüseynovdur.
Təhsili Orta təhslini müvəfəqiyyətlə bitirən İdris Qədimov ali təhslini 1942-ci ilin avqustunda infeksion xəstəliklər ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində tamamlamışdır.
İkinci Dünya müharibəsi illərində İdris Qədimov, sanitar-tibb bölümündə kiçik həkim vəzifəsində çalışaraq, döyüş şəraitində, mərdliklə və cəsarətlə yaralı əsgər və zabitlərə yüksəkixtisaslı tibbi yardım göstərirmişdir.
İdris Qədimov 23.06.1943-cü ildən 08.08.1943-cü ilədək Qərb Cəbhəsində alayın kiçik həkimi; 08.08.1943-cü ildən 01.10.1944-cü ilədək 3-cü Belorus cəbhəsində alayın kiçik həkimi; 01.10.1944-cü ildən 09.05.1945-ci ilədək Qərb Cəbhəsi, Xüsusi Hərbi rayonda alayın kiçik həkimi vəzifələrində çalışmışdır.
07.04.1945-ci ildən 10.04.1945-ci ilədək Koeniqsberq şəhəri uğrunda gedən son döyüşlərdə İdris Qadimov 200-dən çox insana tibbi yardım göstərmişdir. O, 21 qan və qan əvəzedicisi, 8 vagosimpatik blokada, 25 anesteziya sındırmalarından ibarət 2 tibbi köçürmə əməliyyatı etmişdir. Bunlar ağır yaralar üçün cərrahi tədbirlər sırasına daxildir.
İkinci Dünya müharibəsindən sonrakı illərdə Müharibədən sonra İdris Qədimov Klaypeda (Litva SSR) şəhərində yerləşən Hərbi Hospitalda həkim kimi çalışmışdır.
İstinadlar
Azərbaycan Qəzeti, 08.05.2025, s.13 |https://www.azerbaijan-news.az/storage/documents/pdf/1-16pdf_1746656470.pdf
Xarici keçidlər İdris Xəlil oğlu Qədimov İdris Xəlil oğlu Qədimov