Eternal Fire – 2021-ci ildə Furkan Güven tərəfindən yaradılmış Türkiyə kiberidman klubu.
League of Legends 2023-cü ildə "5 Ronin" klubunun Türkiyə Çempionluq Liqasından kənarlaşdırılmasının ardından "Eternal Fire" öz komandasını yaradacağını və yay splitinə qatılacağını açıqlamışdır. Komanda normal liqanı 7 qələbə və 7 məğlubiyyətlə 4-cü yerdə başa vurmuş, pley-offda isə ikinci mərhələdə "FUT Esports"-a 0–3 uduzaraq mübarizəni dayandırmışdır. Klub 2024 mövsümündə iştirak etməkdən imtina etmiş və "League of Legends" komandasını ləğv etmişdir.
27 dekabr 2024-cü ildə komandanın Türkiyə Çempionluq Liqasına qayıtdığı və 2025 mövsümünün qış splitində mübarizə aparacağı açıqlanmışdır. Komanda 11 qələbə və 3 məğlubiyyətlə normal liqanı birinci yerdə tamamlamışdır. Pley-offda da uğurla çıxıb finala çıxsa da, "SuperMassive" komandasına 2–3 hesabı ilə uduzaraq çempion ola bilməmişdir. 2025 mövsümünün yay splitində komanda 14 oyunda cəmi 3 qələbə qazana bilmiş və normal liqada sonuncu yeri tutaraq pley-offa vəsiqə qazana bilməmişdir. Klub 6 iyul 2025-ci ildə "League of Legends" komandasının ləğv olunduğunu bildirmişdir.
Counter-Strike Komanda 2024-cü ildə baş tutan ESL Pro Liqasının 20-ci mövsümündə finala çıxmış və "Natus Vincere" komandasına 2–3 uduzaraq ikinci olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə Çempionluq Liqası komandaları Kateqoriya:2021-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyənin kiberidman komandaları