Monteneqro, həmçinin Çernoqoriya () və ya bəzən Qaradağhttp://web2.anl.az:81/read/page.php?bibid=294941&pno=9 Kapitalist ölkələrin coğrafiyası, Qaradağhttps://obastan.com/ru/dict/aze_rus/word/618229-QARADAĞ Черногория — cənub-şərqi Avropada dövlət. Monteneqro Balkan yarımadasında yerləşir. Qərbdə Xorvatiya, şimal-qərbdə Bosniya və Herseqovina, şimal-şərqdə Serbiya, şərqdə Kosovo (qismən tanınan), cənub-şərqdə Albaniya ilə həmsərhəddir. Cənub-qərbdə isə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Podqoritsa, köhnə kral paytaxtı Çetinye şəhəridir. Ölkənin ümumi sahəsi 13,812 kvadrat kilometr, əhalisinin ümumi sayı 630,000 (2018) nəfərdir. Monteneqronun dövlət quruluşu parlamentli respublikadır. Ölkə inzibati cəhətdən 21 bələdiyyədən ibarətdir. Turizm ölkə iqtisadiyyatının 20%-ni təmin edir.
Adı Latınca "Monte negro", yerli dildə "Crna gora", osmanlıca "قرهطاغ" və rusca "Черногория" kimi tanınan bu ölkə üçün işlənən bütün adlar "Qara dağ" mənasını verir və həmçinin orta Sovet dövrünə kimi Azərbaycanca bu ölkə Qaradağ adlanırdı, lakin orta Sovet dövründən bəri Azərbaycan mənbələrində Çernoqoriya sözü daha çox işlənirdi.
Tarixi Monteneqronun əhalisi keçmiş dövrdə albanlardan ibarət olub. VII əsrdə Bizans İmperatoru Herakliyus hakimiyyəti dövründə Serblər oraya köçürülmüşdür. Osmanlılar Rumelini keçib istilalara başladıqları vaxtlarda Qaradağ Venesiya Respublikasının tabeliyində idi. Osmanlı Dövlətinin Qaradağı fəth etməsi Sultan I Murad dövrünə rast gəlir. Belə ki, ilk Osmanlı-Qaradağ döyüşləri də I Murad dövründə baş vermişdir. İkinci Osmanlı-Monteneqro toqquşması Sultan I Bəyazid dövründə olmuşdur. Bu yürüşdə Osmanlı qüvvələri Skopyedən çıxıb Zveçan və Yeleç üzərindən Lim və Tara çaylarına qədər çatmışdır. Osmanlı Dövlətinin Monteneqronu tam istilası isə Sultan Fatih Mehmet dövründə olmuşdur. Əslində Osmanlı Monteneqronu tam olaraq hakimiyyətinə almadı. Fatih, Monteneqroya bir növ muxtariyyət statusu verdi və bu vəziyyət Qaradağlılar tərəfindən 1878-ci ildə Osmanlıdan ayrılana qədər istifadə olundu. Qaradağlılar Osmanlı Dövlətinin hakimiyyətinə girişindən başlayaraq çox sayda üsyan qaldırmışlar. Məsələn, 1711, 1712, 1714 üsyanlarını təşkil etdilər. 1877–78 Osmanlı-Rus Müharibəsində Rusiyanın tərəfində yer alan Monteneqro, Osmanlı ordusunun mühüm bir qismini Balkanlarda məşğul etmiş və müharibənin Rusiyanın xeyrinə nəticələnməsində böyük bir amil olmuşdular. Müharibə sonrası imzalanan Aya-stefanos və dərhal sonra Berlin Müqaviləsi ilə müstəqilliyini əldə edən Monteneqro, beləliklə müstəqil dövlətlər platformasında yerini almışdır. Dövlət müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan Osmanlı Dövləti olmuşdur. Müstəqilliklə yanaşı Osmanlı Dövləti ilə diplomatik münasibətlər qurulmuşdur. Bu dövrdə iki dövlət münasibətlərinin yaxşı bir səviyyəyə gəlməsində heç şübhəsiz, II Əbdülhəmidin Balkan siyasətində tutduğu mövqeyin əhəmiyyətli bir rolu var idi. Buna baxmayaraq Monteneqro Birinci və İkinci Balkan müharibələrində iştirak edib. Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan ordusu Monteneqronu işğal etdi. 1918-ci ildə Serbiya ordusu ölkəni işğaldan azad etdi və Monteneqro, Xorvatiya və Sloveniya ilə birlikdə Serbiyanın tərkibinə daxil oldu. 12 iyun 1941-ci ildə Alman-italyan ordusu Yuqoslaviyanı işğal etdikdən sonra Monteneqro 1943-cü ilə kimi İtaliyanın protektoratı oldu, daha sonra 1943–1944-cü illərdə alman işğalı altında qaldı. 1944–1945-ci illərdə yuqoslaviyalı partizanlar ölkəni işğaldan azad etdilər. Monteneqro 27 aprel 1992-ci ilə kimi Yuqoslaviyanın tərkibində oldu. 1 mart 1992-ci ildə keçirilən referendumun nəticələrinə görə, Monteneqroda yaşayan əhalinin 95,95%-i ölkənin Yuqoslaviyanın tərkibində qalmasının lehinə səs verdilər. Səsvermədə əhalinin 66%-i iştirak etdi. Monteneqroda yaşayan albanlar, xorvatlar və bosniyalılar referendumu boykot etdilər. 1992–2006-cı illərdə Monteneqro keçmiş Yuqoslaviyanın tərkibində olub (2003-cü ildən etibarən Serbiya və Monteneqro adlanırdı). 2006-cı ildə keçirilmiş müstəqillik haqqında referendumun nəticələrinə əsasən seçicilərin 55,4%-i Monteneqronun müstəqilliyinin lehinə səs veriblər. 3 iyun 2006-cı ildə Monteneqro müstəqilliyini elan edib, 15 iyunda Serbiya onun müstəqilliyini tanıyıb, iyunun sonlarında isə Monteneqro BMT-yə qəbul edilib. 16 dekabr 2008-ci ildə Monteneqro rəsmi olaraq Avropa Birliyinə üzv olmaq üçün müraciət edib. Bundan başqa, ölkə NATO ilə yaxınlaşma kursunu götürüb.
Coğrafiyası Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614km təşkil edir. Qərbdə Xorvatiya ilə 14km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225km, şimal-şərqdə Serbiya və Kosovo ilə 203km, cənub-şərqdə Albaniya ilə 172km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73km-dir. Yeddi ay ərzində sahildəki dəniz suyunun temperaturu +12 °C ilə +26 °C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.
Monteneqronun ən uzun çayları: Tara çayı (144km), Lim çayı (123km), Çeotina çayı (100km), Moraça (99km), Zeta (65km) və Boyana çayıdır (30km). Çayların təxminən 52,2%-i Qara dəniz hövzəsinə, yerdə qalan 47,8%-i isə Adriatik dənizi hövzəsinə aiddir. Monteneqronun üç çayı (Moraça, Zeta və Piva) ancaq Monteneqro ərazisi boyunca axır. Ölkədəki çayların böyük hissəsi dağ çaylarıdır və dərin kanyonlar formalaşdırırlar. Tara çayının kanyonu 1200 metr dərinliyindədir və bu göstəricisinə görə dünyada ikinci, Avropada isə birinci yeri tutur. Monteneqronun çaylarının enerji potensialı hər 1km² ərazidə 115 kVt təşkil edir ki, bu da çox yüksək göstərici hesab olunur, lakin müxtəlif səbəblərə görə (həmçinin ekoloji səbəblərə görə) ölkədə hidroenergetika çox da inkişaf etməyib.
Monteneqro və Balkan yarımadasının ən böyük gölü Skadar gölüdür. Səthinin sahəsi 369,7km²-dir. Gölün ərazisinin üçdə ikisi Monteneqronun, üçdə biri isə Albaniyanın ərazisinə aiddir. Ölkə ərazisinin 41% meşələrdən, 40% isə otlaqlardan ibarətdir. Monteneqronun bitki növləri kifayət qədər rəngarəngdir. Ümumilikdə ölkə ərazisində 2833 bitki növü qeydə alınıb, onların 212 növü Balkan endemiki, 22 bitki növü isə Monteneqro endemikidir. Monteneqro konstitutsiyasına əsasən respublika "ekoloji dövlət"dir, ölkə ərazisinin 8,1%-i qoruqlardan və milli parklardan ibarətdir.
İqlim Monteneqronun şimalında iqlim mülayim-kontinental, Adriatik dənizi sahilində isə Aralıq dənizi iqlimi hakimdir. Dənizsahili ərazilərdə yay mövsümü adətən uzunmüddətli, isti (+23 — +25 °C) və quru, qışda isə qısa və sərin (+3 — +7 °C) keçir. Dağlıq rayonlarda mülayim isti yay (+19 — +25 °C), nisbətən soyuq qış (+5dən −10 °C kimi), yağıntılar adətən qar formasında yağır, qar örtüyü 5 aya qədər qala bilər. Ölkədəki yağıntıların miqdarı illik 500mm ilə 1500mm arasında dəyişir. Sahilə yaxın dağlıq ərazilərdə bu göstərici 3000mm qədər artır.
Şəhərləri
2003-cü ilin əhali statistikasına görə Podqoritsa (paytaxt; 169.132) Nikşiç (58.212) Plyevlya (21.377) Bielo Pole (15.883) Herseq Novi (12.739) Berane (11.776) Çetinye (Çetine) (15.137) Budva (10.918) Tivat (9.467) Rozaye (9.121) Dobrota (8.169) Danilovqrad (5.208) Biyela (3.748) İqalo (3.754) Kolasin (2.989)
Ərazi thumb|300px|right|Monteneqro vilayətləri
İnzibati bölgüsü 21 əyalətdən (opstina) ibarətdir. Bunlar Andriyeviça, Bar, Berane, Biyelo, Polye, Budva, Çetinye, Danilovqrad, Herseq Novi, Kolasin, Kotor, Moykovaç, Nikşiç, Plav, Plyevlya, Plujine, Podqoriça, Rozaje, Savnik, Tivat, Ulciny, Zablyak vilayətləridir.
Əhali 1991-ci ildə əhalinin sayına görə Serblər, Serbiya və Monteneqronun ümumi əhalinin 69%-ni təşkil edirdi. Monteneqrolular isə ümumi əhalinin 5%-ni, Monteneqro əhalisinin isə 62%-ni təşkil edirdi. Slavyan olmayan Alban azlıq ölkədəki 2-ci böyük etnik qrup və rəsmi proqnozlara görə ümumi əhalinin 17% idi. 1965-dən sonra Serbiya və Monteneqrodan inkişaf etmiş Avropa ölkələrinə və Şimali Amerikaya davamlı emiqrasiya baş vermişdir.
Etnik tərkibi: Monteneqrolular – 43,16% Serblər – 31,99% Bosniyalılar – 7,77% Albanlar – 5,03% Digər müsəlmanlar – 3,97%
Din pravoslavlar-74,24% müsəlmanlar-17,74% katoliklər 3,54%
Dövlət quruluşu Monteneqronun dövlət başçısı Prezidentdir. Prezident ümumxalq səsverməsi yolu və 2 dəfədən artıq olmamaq şərti ilə 5 il müddətinə seçilir. 6 aprel 2008-ci ildə keçirilmiş Prezident seçkilərində Filip Vuyanoviç qalib gəlmişdir. Növbəti seçkilər 2013-cü ildə keçiriləcəkdir. Baş Naziri Milo Dükanoviçdir. Parlament Monteneqronun ali qanunverici orqanı bir palatadan ibarətdir (2006-cı ildə yerlərin sayı 74-dən 81-ə artırılmışdır). Sonuncu Parlament seçkiləri 2009-cu ilin 29 mart tarixində keçirilmişdir. Növbəti seçkilər 2013-cü ildə keçiriləcəkdir. Parlament Sədri Ranko Krivokapiçdir. Monteneqro Parlamentində aşağıdakı partiyalar təmsil olunmuşdur:
Monteneqro Sosialistlərinin Demokratik Partiyası (34 yer) Xorvat Vətəndaş təşəbbüsü (1 yer) Monteneqro Sosialist Xalq Partiyası (16 yer) Monteneqro Sosial Demokratik Partiya (9 yer) Yeni Serb Demokratiyası (8 yer) Boşnak Partiya (3 yer) Dəyişikliklər Partiyası (6 yer) Monteneqroda Demokratik Cəmiyyət koalisiyası (1 yer) Albanların Demokratik İttifaqı koalisiyası (1 yer) Alban Alternativi koalisiyası (1 yer) Yeni Demokratik güc – FORCA (1 yer)Ümumi məlumat Azərbaycan Xarici İşlər Nazirliyi
Xarici siyasət 3 iyun 2006-cı ildə Monteneqro Respublikasının Parlamentində Müstəqillik Haqqında Bəyannamə qəbul olunduqdan və 21 may tarixində keçirilmiş seçkilərin nəticəsi məlum olduqdan sonra Monteneqro Hökuməti, Monteneqro suveren dövləti olaraq beynəlxalq hüququn əsasını təşkil edən funksiyaları xarici siyasətdə öz istiqamətini müəyyənləşdirmə və ölkəni idarə etmə funksiyalarını həyata keçirməyə başladı. Hökumətin bu konstitusional zərurəti həyata keçirməsi məcburiyyəti Xarici İşlər Nazirinin xarici siyasətdə izləyəcəyi əsas ardıcıllığı müəyyən etməsi və bu məsələləri ölkə daxilində və xaricində tətbiq etməsi ilə əhatə olunur. Bu məsələlərin həllində Respublika Prezidenti, Parlamentin sədri və digər əlaqədar dövlət idarəçilərinin yaxından iştirakı nəzərdə tutulur. Monteneqro konstitusional statusunu dəyişməklə xarici siyasətdəki mövqeyini dəyişmədi. Əksinə, Monteneqronun bu sahədə göstərdiyi səylər onun bugünkü xarici siyasətindəki mövqeyində aparıcı qüvvə kimi müəyyən olunur. Monteneqro yaxın qonşuluq münasibətlərini özünün uğurlu inkişafının zəmanəti kimi dəyərləndirərək bu münasibətlərin daha da inkişaf etdirilməsinə başladı. Eyni zamanda, Monteneqro müstəqil dövlət olaraq Beynəlxalq forumlarda öz mövqeyini möhkəmləndirmək və gücləndirmək imkanı əldə etdi və bu kimi çox mühüm amillərin köməyilə münasibətlərini daha da genişləndirdi. Coğrafi mövqeyinə və əhalisinin sayına görə Monteneqro kiçik Avropa ölkələri sırasına daxildir. Monteneqro stabil, demokratik və çoxmillətli bir ölkə kimi inkişaf etmişdir və öz ümumi maraqlarını təkcə onu əhatə edən ölkələrlə deyil, bütün Avropa qitəsi və dünya ölkələri ilə bölüşür. Monteneqro şərqlə qərbin kəsişdiyi nöqtədə yerləşməklə Balkan və Aralıq dənizi ölkələri ilə qonşuluq edir, Avropa və AvroAtlantikaya inteqrasiyanın bir hissəsi olaraq stabil dövlət kimi tanınır və parlaq perspektivi ilə regiondakı dinamik çərçivənin bir hissəsini təşkil edir. Məhz belə bir mövqeyinə və imkanlarına görə Monteneqro öz xarici siyasətinin fundamental dəyərləri ilə bütöv bir tamlıq təşkil edir. Monteneqro müstəqil bir dövlət kimi xarici siyasətdəki fəaliyyətini strateji dövlət maraqlarına və ölkə vətəndaşlarının maraqlarına dayanaraq, regionda və Avropada hökm sürən prosesləri və qlobal perspektivləri nəzərə alaraq nizamlayır. Monteneqro Hökuməti xarici siyasətindəki maraqlarını aşağıdakı kimi nizamlamışdır: