Tomas Piter Odell () — ingilis müğənnisi.
Həyatı Tom Odell 24 noyabr 1990-cı ildə İngiltərədə doğulub. Atası pilot, anası isə ibtidai məktəb müəlliməsi. Böyük bacısı da var. Uşaqlığının bir qismini ailəsi ilə Yeni Zelandiyanın Oklend şəhərində keçirib.
Karyerası Tom 2012-ci ildə "Songs from Another Love" adlı debüt minialbomunu buraxır. 2013-cü ilin əvvəlində "BRITs Critics' Choice Award" mükafatını qazanır. Odellin debüt studiya albomu olan "Long Way Down" 2013-cü ildə işıq üzü görür. Üç il sonra onun ikinci "Wrong Crowd" adlı albomu çıxır. Daha iki il sonra 2018-ci ildə üçüncü studiya albomu "Jubilee Road" dinləyicilərə təqdim olunur. Dördüncü albomu olan "Monsters" 2021-ci ildə, beşinci "Best Day Of My Life" albomu isə 2022-ci ildə buraxılır.
Albomlar 2012 — Songs from Another Love (EP) 2013 — Long Way Down 2016 — Wrong Crowd 2018 — Jubilee Road 2021 — Monsters 2022 — Best Day of My Life 2024 — Black Friday 2025 — A Wonderful Life
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:İngiltərə musiqiçiləri