Tsikloheksilxlorid(xlortsikloheksan)-C6H11Cl formulu olan alitsiklik xlorüzvi birləşmədir.

Fiziki xassələri Kəskin iyi olan rəngsiz tez alışan mayedir.

Optik xassələri Şua sındırma əmsalı 1,4626 (20°C) Alınması

C6H12 + PCl5 → C6H11Cl

C6H12 + SO2Cl2 → C6H11Cl + SO2 + HCl

Kimyəvi xassələri

Suda az həll olur, xloroformda asanlıqla həll olunur, aseton, benzol, etanol və dietil efirlə qarışır.

Toksikliyi Tsikloheksilxloridin buxarı ilə nəfəs aldıqda heyvanlarda kəskin zəhərlənmə baş verir. Bu zaman həyəcanlı vəziyyət yaranır, selikli qişanın qıcıqlanması, titrəmə, nəfəs darlığı və ölüm baş verir. Ağ siçanlar üçün iki saat tənəffüs edildikdə, 100% öldürücü konsentrasiya ÖK 100 = 78 mq/l, ağ siçovullar üçün - 40-75 mq/l. Siçovullarda xroniki zəhərlənmə zamanı (gündə 0,5 mq / l gündə 5 saat inhalyasiya) - bir aydan sonra qan təzyiqinin azalması, 4-5 aydan sonra mərkəzi sinir sistemində funksional dəyişikliklər yaranır.

Tətbiqi

Tsikloheksilxlorid yağlarda, qətranlarda həlledici kimi, üzvi sintezdə tsiklohekseni almaq üçün, kaprolaktamın, pestisidlərin istehsalında istifadə olunur.

İstinadlar Məhərrəmov A.M., Məhərrəmov M.M. Üzvi kimya, BDU,Bakı,2007. V.M. Abbasov, R.Ə. Cəfərova, L.M. Əfəndiyeva, N.Ş. Rzayeva, F.Ə. Əmirov, M.M. Abbasov, A.M. Tağıyeva, İ.H. Əyyubov. Tsikloalkanlar kimyası. Monoqrafiya. Bakı-2019, 385 səh. Шаваров Ю.С. Органическая химия. Москва, Издательства химия, 2002

Kateqoriya:Üzvi xlor birləşmələri Kateqoriya:Sikloalkanlar