Klemens Vilhelm Yakob Mekkel (; ) – Prussiya ordusunun generalı və Rus-yapon müharibəsindən öncə Meyci hökumətinin hərbi məsləhətçisi.

Həyatı və karyerası Yakob Mekkel 1842-ci ildə Köln şəhərində doğulmuş, 1869-cu ildə Prussiya Ordusunun Heyət Kollecini bitirmişdir. Fransa–Prussiya müharibəsində iştirak etdikdən sonra baş qərargahda fəaliyyət göstərməyə başlamışdır və Heyət Kollecində təlimçi olmuşdur.

Yaponiya Mekkel 1885-ci ildə Meyci hökumətinin dəvəti ilə Yaponiyaya gəlmişdir. Həmin dövrdə Yaponiya hökuməti Almaniya modeli əsasında təşkilatlanmaq barədə qərar qəbul etmişdi. Mekkel Müharibə Kollecində orduya təlimlər keçmiş və baş qərargah məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Üç il sonra Almaniyaya qayıtmış və orduda müxtəlif vəzifələri tutaraq general-mayor rütbəsinə qədər yüksəlmişdir.

Mekkelin yapon tələbələri arasında Rus-yapon müharibəsində əhəmiyyətli rolları olan Kodama Qentaro və Akiyama Yoşifuru kimi hərbi xadimlər olmuşdur. O, Katsura Taro və Kavakami Sorokuya ordunu müasirləşdirməkdə kömək etmişdir. Yaponiya ordusu üçün universal hərbi xidmətə çağırış sistemi, bölgü sistemi və ali komandan sisteminin əsasını qoymuş, logistika sistemlərini gücləndirmişdir. Mekkel Yaponiyada cəmi 3 il fəaliyyət göstərsə də, onun metodları Birinci Çin-yapon müharibəsində Yaponiyanın qələbəsi üçün əhəmiyyətli rol oynamış və növbəti dövrlərdə də tətbiq olunmağa davam etmişdir. Lakin Mekkelin hücum hərəkatlarında quru qoşunlarının əhəmiyyətini vurğulaması Rus-yapon müharibəsindəki böyük saydakı itkilərin səbəblərindən biri olmuşdur.

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Meyci hökumətinin xarici məsləhətçiləri Kateqoriya:Yaponiyada xarici pedaqoqlar Kateqoriya:Yaponiyadakı Almaniya qürbətçiləri Kateqoriya:General-mayorlar Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Almaniya imperiyası generalları Kateqoriya:Prussiya generalları Kateqoriya:Meyci dövrü şəxsləri