Elnur Aslanov () — Azərbaycan sərbəst güləşçisi.

Karyerası Elnur Aslanov 2000-ci ildə yeniyetmələr arasında Avropa Çempionatını 18-ci, 2001-ci ildə isə gənclər arasında Dünya Çempionatını 17-ci pillədə başa vurdu.

2002-ci ildə Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatının gmüş medalına sahib olan Elnur Aslanov 2003-cü ildə Dünya Çempionatını 8-ci pillədə başa vurdu.

Elnur Aslanov Azərbaycanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Elnur Aslanov qrup mərhələsində əvvəl Tacikistan nümayəndəsi Yusub Abdusalomova 4:8, sonra isə olimpiya çempionu Kanada nümayəndəsi Daniel İqaliya 1:8 hesabları ilə məğlub oldu və Afina Olimpiadasında mübarizəsini başa vurdu.

Olimpiadadan sonra Elnur Aslanov 2006-cı ildə Avropa Çempionatını 20-ci, Dünya Çempionatını 30-cu, Qızıl Qran-Pri beynəlxalq turnirini isə yeddinci pillədə başa vurduqdan sonra elə həmin ildə idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12000Yeniyetmələrin Avropa Çempionatı Slovakiya18.22001Gənclərin Dünya Çempionatı Özbəkistan17.32002Gənclərin Avropa Çempionatı Albaniya2.42003Dünya Çempionatı ABŞ8.52004Avropa Çempionatı Türkiyə18.6Olimpiya Oyunları Yunanıstan15.62006Avropa Çempionatı Rusiya20.7Qızıl Qran-Pri Azərbaycan7.8Dünya Çempionatı Çin30.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri