Laolar və ya laoslular () — Cənub-Şərqi Asiyada tay etnik qrupu. Laosun əsas əhalisidir. Laosda, Tailandda, Çində, Vyetnamda, Kambocada və Myanmada laoların etnoqrafik qrupları yaşayır. Laos dilində danışırlar. Dinləri buddizmdir. Laoların əcdadları Hind-Çin ərazisinə b.e. ilk əsrlərində Şərqi Asiyadan gəlmişlər. XIV əsrdə Lansanq feodal dövlətini yaratmışdılar. Əsas məşğuliyyətləri çəltikçilik və bağçılıqdır, toxuculuq və ipəkçilik də inkişaf etmişdir.
İstinadlar
Kateqoriya:Tay xalqları Kateqoriya:Laosda yaşayan etnik qruplar Kateqoriya:Vyetnamda yaşayan etnik qruplar Kateqoriya:Tailandda yaşayan etnik qruplar Kateqoriya:Kambocada yaşayan etnik qruplar Kateqoriya:Myanmada yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar