Buddist böhranı () — 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) siyasi və dini gərginlik dövrü.

Zəmin Böhrana 8 may 1963-cü ildə Hyue şəhərinin mərkəzində buddist bayrağının qadağan edilməsinə etiraz edən 9 mülki şəxsin qətlə yetirilməsi səbəb olmuşdu.

Tarixi Böhran 1963-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Bu, Vyetnam Respublikası hökumətinin bir sıra repressiv hərəkətləri və əsasən buddist rahiblərin rəhbərlik etdiyi vətəndaş müqaviməti kampaniyası ilə xarakterizə olunmuşdur. — анализ причины буддистского кризиса и его значения как примера ненасильственного сопротивления.

Sayqonda 11 iyun 1963-cü ildə Hyuedən olan buddist rahibi Thit Kuanq Dık Nqo Din Zyem rejimi tərəfindən buddistlərə edilən repressiyaya etiraz olaraq ictimai formada özünü yandırmışdır.

Nəticələr 1963-cü ilin noyabrında Vyetnam Respublikası Ordusu dövlət çevrilişi həyata keçirmiş, nəticədə prezident Nqo Din Zyem həbs edilmiş və öldürülmüşdür. Beləliklə, böhran sona çatmışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:1963-cü ildə Vyetnam Kateqoriya:Nqo Din Zyem Kateqoriya:Buddistlərin təqibi Kateqoriya:Vyetnamda etiraz aksiyaları Kateqoriya:Vyetnam müharibəsi Kateqoriya:Antikommunizm Kateqoriya:Siyasi böhranlar