Arimlər () — Homerin "İliada" poemasında adı çəkilən xalq.«Իլիական», Հոմերոս, հին հունարեն բնագրից թարգ․՝ Հ․ Համբարձումյանի, Երևան, 1955, էջ 73․ Yozef Markvart onları armenlər ilə eyniləşdirir.«Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25․

Coğrafiya Zevs və Tifon arasındakı döyüşü təsvir edən Homer arimləri xatırladır və Tifonun iqamətgahının onların ölkəsi olan Arima ərazisində yerləşdiyini göstərir.«Իլիական», Հոմերոս, հին հունարեն բնագրից թարգ․՝ Հ․ Համբարձումյանի, Երևան, 1955, էջ 73․«Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25․

Tifon Tifon mifoloji nəhəng idi və vulkanik hadisələri təcəssüm etdirirdi. Homeri onun iqamətgahını Arima ölkəsində,«Իլիական», Հոմերոս, հին հունարեն բնագրից թարգ․՝ Հ․ Համբարձումյանի, Երևան, 1955, էջ 73․ digər yunan salnaməçiləri Pindar və başqaları Kilikiyada hesab edirlər. Bu əlamətlərə əsaslanaraq Almaniya alimi C. Parç izah etmişdir ki, yunan mənbələrində arimlərin Kilikiya torpağında yerləşdiyi olunan vulkan əslində indiki Türkiyənin Kayseri vilayətindəki Ərciyəs dağıdır.«Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25․

Ermənilər ilə eyniləşdirmə Yozef Markvart güman etmişdir ki, Homerin "İliada"sında adı çəkilən arimlər armenlərdir və bu, onlar haqqında ən qədim məlumatdır.«Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25․

Yunan salnaməçisi Posidoni və onun ardınca C. Parç arimləri aramilər ilə eyniləşdirmişdi, lakin Markvart bu fikri rədd edərək onları ermənilərin əcdadları olan armenlər ilə eyniləşdirmişdi. Markvartın fikrinə görə, o dövrdə samidilliassuriyalılar Kilikiyada və ya Cənubi Kappadokiyada deyil, Pontun şimal tərəfində yaşayırdılar. Onun sözlərinə görə, ermənilər Frigiyadan, xüsusən də indiki Ankara ərazisindən, Qızılirmaq çayının orta axarından Ərciyəs dağının ətrafına köç etmişdilər. Sonralar Kilikiyanın bu şimal vilayətindən olan ermənilər Kiçik Ermənistanda yerləşən Qızılirmaq çayının mənbəyinə, oradan isə Ermənistan yaylasına getməyə məcbur olmuşdular.«Երկեր», Հակոբ Մանանդյան, Հատոր Ա, Երևան, 1977, էջ 25, 26․

İstinadlar

Kateqoriya:Erməni tarixi Kateqoriya:Qədim yunan mifologiyasında xalqlar Kateqoriya:Qədim Anadolu