Mahmud Heydər və ya Xacə Mahmud Heydər — dövlət xadimi və hərbçi. O, əvvəllər Teymuri imperiyasında xidmət etmiş, lakin daha sonra Cahanşahın hakimiyyəti dövründə Qaraqoyunlu dövlətinin tərəfinə keçmişdir. Bu hadisə 1452-ci ildə Cahanşahın Mahmud Heydərin doğma şəhəri olan İsfahanı ələ keçirməsindən sonra baş vermişdir. Lakin o, Qaraqoyunlu xidmətinə keçdikdən qısa müddət sonra vəfat etmişdir.

Həmçinin bax Ələddin Siddiq Keçəçi İstinadlar

Mənbə

Kateqoriya:Qaraqoyunlu dövlətinin məmurları Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:İran siyasətçiləri