Far Cry 3 — Kanadanın videooyun istehsalçısı komandası “Ubisoft Montreal” tərəfindən hazırlanmış və “Ubisoft” şirkəti tərəfindən satışa çıxarılmış 2012-ci ilin birinci şəxs atıcı videooyunu. Bu, “Far Cry” videooyun seriyasının üçüncü seriyasıdır. Oyundakı hadisələr, oyunçuların sərbəst şəkildə gəzə və kəşf edə biləcəyi tropik bir arxipelaq olan “Ruk adaları”nda () cərəyan edir. Oyun mübarizə və yeni elementlərin aşkarlanması ətrafında cəmlənir. “Far Cry 3”də oyunçular müxtəlif silahlardan istifadə edərək düşmənləri məhv etməli, eyni zamanda vəhşi təbiətin ağır şərtlərində sağ qalmaq üçün lazımi resursları toplamalıdırlar.
Oyunun baş qəhrəmanı olan gənc amerikalı oğlan Ceyson Brodi, dostları ilə birlikdə Tailandın Banqkok şəhərinə səyahətə çıxmışdı. O, və dostları bilmədən bu ölkədəki amansız piratların məskunlaşdığı Ruk adalarına ayaq basır və onların əsirinə çevrilirlər. Bəxti gətirən Ceyson onlardan qaça bilir, lakin dostları isə Vaas Monteneqro və onun başçılıq etdiyi piratların əlində qalır. Dostlarını Vaasdan azad etmək və adadan qaçmağın yolunu tapmaq missiyası indi Ceysonun üzərinə düşür.
“Ubisoft Montreal” bu oyunu hazırlamaq üçün müxtəlif ölkələrdən olan digər “Ubisoft” komandaları ilə birlikdə işləmişdir — “Massive Entertainment”, “Ubisoft Shanghai”, “Ubisoft Bucharest”, “Ubisoft Reflections” və “Red Storm Entertainment”. Bütün komandalar öz təcrübə və resurslarını masaya gətirməklə layihənin uğurunda mühüm rol oynadılar. 2010-cu ildə oyun üzərində işləyən bəzi mühüm komanda üzvləri ayrılmış və məhz buna görə də inkişaf prosesinin bir hissəsini yenidən başlatmalı olmuşdular. Komanda “Far Cry 2” üçün bildirilən tənqid və təklifləri nəzərdən keçirərək təkmilləşdirilməsi və yaxud aradan qaldırılması lazım olan sahələri müəyyənləşdirmişdir. Komanda həmçinin, adanın əsas personajlar qədər vacib olduğunu hesab edərək, onun dizaynına xeyli səy göstərib.
“Far Cry 3” 2011-ci ilin iyun ayında bəyan edilib. “Ubisoft” oyuna həyəcan və maraq yaratmaq məqsədilə, buraxılışından əvvəl əlaqəli proqramlar çıxarmış, oyunla bağlı veb seriyalar yayımlamış və digər markalarla tərəfdaşlıq etmişdir. Oyun rəsmi olaraq 2012-ci ilin noyabrında Microsoft Windows, PlayStation 3 və Xbox 360 üçün satışa çıxarılmışdır. Əksər oyunçular öncədən sifariş verməsələr də, oyun 10 milyondan çox nüsxə sataraq uğurlu kommersiya nəticəsi göstərmişdir. “Far Cry 3” bir çox oyun saytları və jurnalları tərəfindən ilin ən yaxşı oyunlarından biri hesab olunurdu. 2012-ci ilin sonlarında “İlin Oyunu” və “Ən Yaxşı Atıcı” kimi mükafatlara namizəd olmuşdur.
Mükafatları + Əsas mükafatlar və nominasiyalar İl Hədiyyə Kateqoriya Nəticə 2013 New York Video Game Critics Circle Mükafatları| Ən Yaxşı Oyun Təklif edildi Oyunda Ən Yaxşı Yazı Təklif edildi Ən yaxşı dünya (Rook Islands) Təklif edildi Ən Yaxşı Ümumi Aktyor Oyunu (Michael Mando, Vaas Montenegro rolunda) Təklif edildi 16-cı İllik D.I.C.E. Mükafatlarİlin Oyunu Təklif edildiİlin Fəaliyyət Oyunu Təklif edildiAnimasiyada Üstün Nailiyyət Təklif edildiİncəsənət Rejissorunda Görkəmli Nailiyyət Təklif edildiOyun İstiqamətində Üstün Nailiyyət Təklif edildiOrijinal Musiqi Kompozisiyasında Üstün Nailiyyət Təklif edildiXarakterdə Üstün Nailiyyət - Kişi və ya Qadın (Vaas Monteneqro) Təklif edildi 9th British Academy Games AwardsƏn Yaxşı Oyun (Dan Hay, Patrick Plourde, Patrik Methe) Təklif edildi Fəaliyyət (Dan Hay, Patrick Plourde, Patrik Methe) Qalib Bədii Nailiyyət (Jean-Alexis Doyon, Gseki Tanaka, Vincent Jean) Təklif edildi Audio Nailiyyət (Dan Hay, Tony Gronick, Brian Tyler) Təklif edildiOyun Dizaynı (Patrick Methe, Jamie Keen) Təklif edildi Hekayə (Jeffrey Yohalem, Lucien Soulban, Li Kuo) Təklif edildi Milli Video Oyun Ticarət Rəyçiləri Mükafatları Akademiyası İlin oyunu Təklif edildi Art Rejissor, Müasir Təklif edildi Nəzarət Dizaynı, 3D Qalib Oyun kinosunda istiqamət Təklif edildi Oyun Dizaynı, Franchise Təklif edildi Qrafika, Texniki Qalib Dramada Baş Performans (Maykl Mando Vaas Monteneqro rolunda) Təklif edildi İşıqlandırma/teksturasiya Təklif edildi Orijinal Dramatik Score, Franchise Təklif edildi Səs effektləri Təklif edildi Dramda Müəlliflik Təklif edildi Oyun, Franchise Fəaliyyəti Təklif edildi Oyun Tərtibatçılarının Seçimi Mükafatları Ən Yaxşı Texnologiya QalibƏn Yaxşı Vizual İncəsənət Təklif edildi Oyun Audio Network Gildiya Mükafatları İlin audiosu Təklif edildi İlin Səs Dizaynı Təklif edildi Ən yaxşı dialoq Qalib Ən yaxşı səs qarışığı Qalib Qızıl Joystick Mükafatlarıİlin Oyunu Təklif edildi Ən yaxşı vizual dizayn Təklif edildi Ən Yaxşı Oyun Anı (The Definition of Insanity) Qalib4-cü Kanada Video Oyun Mükafatları İlin oyunu Qalib Ən yaxşı konsol oyunu Təklif edildi Ən yaxşı animasiya Qalib Ən yaxşı oyun dizaynı Qalib Ən yaxşı oyun innovasiyası Təklif edildi Ən yaxşı yeni personaj (Vaas Montenegro) Qalib Ən yaxşı vizual sənətlər Qalib Ən Yaxşı Yazı Təklif edildi Gələcək Shop Fans' Choice Mükafatı Qalib
İstinadlar
Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:Ubisoft videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Hadisələrin Asiyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Videooyunlarda dəniz quldurluğu Kateqoriya:Kanada videooyunları Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:PlayStation 4 Pro enhanced videooyunları Kateqoriya:PlayStation 5 enhanced videooyunları Kateqoriya:Xbox One X enhanced videooyunları Kateqoriya:Xbox Series X/S enhanced enhanced videooyunları Kateqoriya:Far Cry