1991-92-ci illərdə Avropa Kubokunun 37-ci mövsümü keçirilmişdir. Turnirin qalibi ilk dəfə olaraq "Barselona" olmuşdur, onlar finalda əlavə vaxtdan sonra Sampdoriya klubuna qalib gəlmişdilər, bu qalibiyyət 1966-cı ildən sonra İspaniya komandaları üçün ilk qələbə olmuşdur. Qələbə topunun müəllifi cərimə zərbəsindən fərqlənən Ronald Kuman olmuşdur. Bu mövsümdən sonra turnirin adı "UEFA Çempionlar Liqası"na dəyişdirildi. Bu mövsümdə ilk dəfə idi ki, ikinci raundun 8 qalibini iki qrupa böldülər və hər iki qrupun qalibi finala vəsiqə qazandılar. Məhz bu mövsümdə Şərqi Almaniyadan olan klub sonuncu dəfə Avropa Kubokunda iştirak etdi, bu nəticəni yalnız 2017-ci ildə qrup mərhələsinə düşən RB Leypziq təkrarlaya bilmişdir.

Həmçinin bu mövsümdə ingilis klubları altı illik fasilədən sonra yenidən turnirdə iştirak hüququnu qazanmışdılar, fasilənin səbəbi 1985-ci ildə baş verən Heyzel faciəsindən sonra verilən qadağa olmuşdur. Əgər "Liverpul"dan savayı hər hansısa klub İngiltərə Liqasının qalibi olsaydı. onlar bir il tez qayıda bilərdilər, lakin "Liverpul"un İngiltərə klublarına verilən 5 illik cəza ilə yanaşı daha bir il cəza müddəti qüvvədə olduğu üçün, turnirdə iştirak edə bilmədi. İngiltərəni bu mövsüm Arsenal təmsil etdi və ikinci raunda qədər irəliyə bildi.

Ötən mövsümün çempionu "Srvena Zvezda"nın keçmiş Yuqoslaviyada gedən müharibə üzündən öz meydanlarında oynamaq imkanı olmadı, beləliklə onların titulu qorumaq şansları azaldı. "Srvena Zvezda" qrupda ikinci yeri tutduğundan finala vəsiqə qazana bilməmişdir. Həmçinin, bu ölkənin klublarının futbol üzrə Avropa yarışlarında iştirak etdiyi sonuncu mövsümü idi. Halbuki bəzi keçmiş Yuqoslaviya respublikalarından olan klublara artıq 1993-94 mövsümündə iştirak etməyə icazə verilirdi. BMT-nin embarqo ucbatından Yuqoslaviya Federal Respublikasının klubları Avropa futbol elitasına yalnız 1997/1998 mövsümündə qayıda bildilər.

Birinci tur Qeyd: "Kayzerslauten" və "Hanza" klubları müvafiq olaraq Bundesliqa və Oberliqa (futbol üzrə ADR çempionatı) çempionları olduğu üçün hər ikisi Çempionlar Kubokuna vəsiqə qazandılar. Almaniyanın birləşməsi baş verdiyi üçün, bayraqlar Qərbi və Şərqi Almaniyanı deyil, bütöv Almaniyanı göstərir. Birinci komandaYekun hesabİkinci komanda1-ci oyun2-ci oyunBarselona 3–1 Hanza3–00–1Kayzerslauten 3–1 Etır2–01–1Union Luksemburq 0–10 Marsel 0–50–5Sparta Praqa 2–2 (s.q.) Reyncers1–01–2Hamrun Spartans 0–10 Benfika0–60–4Arsenal 6–2 Austriya Vyana6–10–1HJK Helsinki 0–4 Dinamo Kiyev0–10–3Brondbü 4–2 Zaqlembe Lyubin3–01–2Fram 2–2 (s.q.) Panatinaykos2–20–0Göteborq 1–1 (s.q.) Flamurtari0–01–1Beşiktaş 2–3 PSV Eyndhoven 1–11–2Anderlext 4–1 Qrasshopper1–13–0Srvena Zvezda 8–0 Portadoun4–04–0Universitatya 2–3 Apollon2–00–3Honved 3–1 Dandolk1–12–0Sampdoriya 7–1 Rosenborq5–02–1

İkinci tur Birinci komandaYekun hesabİkinci komanda1-ci oyun2-ci oyunBarselona 3–3 (s.q.) Kayzerslauten 2–01–3Marsel 4–4 (s.q.) Sparta Praqa 3–21–2Benfika 4–2 Arsenal 1–13–1 (ə.v.)Dinamo Kiyev 2–1 Brondbü 1–11–0Panatinaykos 4–2 Göteborq 2–02–2PSV Eyndhoven 0–2 Anderlext 0–00–2Srvena Zvezda 5–1 Apollon3–12–0Honved 3–4 Sampdoriya 2–11–3

Qrup mərhələsi

A qrupu KlubOyun sayısıQələbəH/HMVurulan qollarBuraxılan qollarTop fərqiXal Sampdoriya6321105+58 Srvena Zvezda 6303910−16 Anderlext622289−16 Panatinaykos 604214−34

1-ci turSampdoriya 2:0 Srvena Zvezda Anderlext 0:0 Panatinaykos 2-ci tur Panatinaykos 0:0 Sampdoriya Srvena Zvezda 3:2 Anderlext3-cü tur Panatinaykos 0:2 Srvena Zvezda Anderlext 3:2 Sampdoriya 4-cü tur Srvena Zvezda 1:0 Panatinaykos Sampdoriya 2:0 Anderlext5-ci tur Panatinaykos 0:0 Anderlext Srvena Zvezda 1:3 Sampdoriya 6-cı turAnderlext 3:2 Srvena Zvezda Sampdoriya 1:1 Panatinaykos

B qrupu KlubOyun sayısıQələbəH/HMVurulan qollarBuraxılan qollarTop fərqiXal Barselona 6411104 +69 Sparta Praqa 62227706 Benfika 613285 +35 Dinamo Kiyev 6204312−94 1-ci turBarselona 3:2 Sparta Praqa Dinamo Kiyev 1:0 Benfika2-ci turSparta Praqa 2:1 Dinamo KiyevBenfika 0:0 Barselona3-cü turDinamo Kiyev 0:2 BarselonaBenfika 1:1 Sparta Praqa 4-cü turBarselona 3:0 Dinamo KiyevSparta Praqa 1:1 Benfika5-ci turSparta Praqa 1:0 BarselonaBenfika 5:0 Dinamo Kiyev6-cı turDinamo Kiyev 1:0 Sparta Praqa Barselona 2:1 Benfika

Final

Bombardirlər siyahısı YerAdKlubQol sayısı1 Sergey Yuran Benfika7 Jan-Pyer Papin Marsel 73 Lük Nilis Anderlext6 Darko Pançev Srvena Zvezda6 Canluka Vialli Sampdoriya66 İsaias Benfika57 Hristo Stoiçkov Barselona 4 Sezar Brito Benfika4 Mark Deqriz Anderlext4 Attilio Lombardo Sampdoriya4 Roberto Mançini Sampdoriya4 Sinişa Mihayloviç Srvena Zvezda4 Alan Smit  Arsenal 4

Xarici keçidlər 1991/1992 mövsümünün bütün oyunları UEFA-nın saytında Rec.Sport.Soccer Statistics Foundation saytında Çempionlar Kubokunun nəticələri UEFA protokolunda 1991/1992 mövsümünün bombardirləri

Kateqoriya:UEFA Çempionlar Liqasının mövsümləri Kateqoriya:1991-ci ildə idman Kateqoriya:1992-ci ildə idman Kateqoriya:1991/1992 mövsümündə Avropada futbol