– Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən və İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuş muzey.
Tarixi Muzey 1988-ci ildə Venesiya incəsənətini tanıtmaq məqsədilə Otaru şəhərində yaradılmışdır. Otaru Venesiya ilə bəzi ortaq xüsusiyyətlərə malikdir: iki şəhər də kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır.
Xüsusiyyətlər Muzey binasının fasadı Venesiya şəhərində yerləşən Palatso Qrassi binası əsasında tikilmişdir. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. 2-ci, 3-cü və 5-ci mərtəbələrdə sərgi otaqları yerləşir. Bu sərgilərdə dövlət otağı, yemək otağı, hamam otağı və s. replikaları quraşdırılaraq orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir.
Muzeydə Şahzadə Diananın mindiyi qondola da sərgilənir. Ziyarətçilərə ənənəvi Venesiya geyimlərini geyməyə icazə verilir. 5-ci mərtəbədə muzeyin kafesi yerləşir. Kafedə italyansayağı şokolad və biskotti satılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Otaru Kateqoriya:Hokkaydo prefekturasındakı muzeylər Kateqoriya:1988-ci ildə Yaponiyada yarananlar Kateqoriya:1988-ci ildə yaradılmış muzeylər Kateqoriya:Venesiyada incəsənət