UEFA Çempionlar Kuboku 1957/1958 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 3-cü mövsümü. Turnirin finalında İtaliyanın "Milan" klubunu əlavə vaxtda (90 dəqiqədən sonra hesabı 2–2 idi) məğlub edən İspaniyanın "Real Madrid" komandası qalib olmuşdur. Bu Madrid klubunun turnirdə ard-arda qazandığı 3-cü çempionluğu idi. Bununla birlikdə, 1957/1958 mövsümü "Mançester Yunayted" klubunun 8 oyunçusu öldüyü faciəli Münhen aviasiya qəzası ilə yadda qaldı; oyunçular Belqrad şəhərində keçirilən və 3–3 hesablı bərabərliklə bitən "Srvena Zvezda" ilə dörddəbir final mərhələsinin cavab oyunundan qayıdırdılar. İngiltərə çempionu yarımfinalda İtaliyanın "Milan" klubuna məğlub olaraq turniri tərk etdi.

Turnirdə ilk dəfə İrlandiya, Şimali İrlandiya və Şərqi Almaniya təmsilçiləri iştirak etdilər, Türkiyə isə yarışa heç bir klubunu göndərə bilmədi, çünki Türkiyə FF "Beşiktaş"ı püşkatma üçün qeydiyyata almağa gecikdi. "Sevilya" son çempionatda ikinci yeri tutmasına baxmayaraq, turnirə dəvət aldı, çünki İspaniya çempionu "Real Madrid" turnirin son qalibi kimi avtomatik iştirak edirdi; iki İspaniya təmsilçisi 1/4 finalda qarşılaşdılar, bu da yarışda ilk hal idi ki. eyni ölkənin iki təmsilçisi bir-birinə qarşı oynuyurdular.

"Şemrok Rovers", "Stad Düdelanj", "Vismut Karl Marks Ştadt", "Sevilya", "Benfika", "Vaşaş", "Qlenavon", "Sent-Etyen", "Yanq-Boyz", "OME Buxarest", "Royal Antverpen", "Dukla Praqa" və "Ayaks" turnirdə ilk dəfə iştirak edirdlərsə, "Rapid Vyana" və "Real Madrid" üçün bu üçüncü idi.

İlkin mərhələ 23 iyul 1957-ci ildə Fransa Futbol Federasiyasının Parisdəki mənzil-qərargahında ilkin mərhələnin püşkü atıldı.Corriere dello Sport, 24 July 1957. Son çempion kimi "Real Madrid" avtomatik yer qazandı, qalan 23 klub isə coğrafi olaraq üç səbətə qruplaşdırıldı. Hər səbətdə çıxan ilk dörd klub və birinci səbətdəki daha dörd klub sentyabr ayında ilkin mərhələdə oynamalı idilər, digər klublar isə avtomatik olaraq növbəti mərhələyə keçirdi. 1-ci səbətQərbi Avropa2-ci səbətMərkəzi Avropa3-cü səbətŞərqi AvropaPüşk1-ci oyun Şemrok Rovers Srvena Zvezda Qvardiya Varşava Mançester Yunayted Stad Düdelanj SK Vizmut Karl Marks Ştadt2-ci oyun Sevilya Milan XQME Sofiya Benfika Rapid Vyana Vaşaş3-cü oyun Orhus Qlenavon4-cü oyun Reyncers FK Sent-EtyenByes Norrçöpinq Yanq-Boyz OME Buxarest Royal Antverpen Borussiya Dortmund Dukla Praqa Ayaks

Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 30 sentyabr tarixindədək keçirildi.

1 "Vismut Karl Marks Ştadt" sikkə atışından sonra növbəti mərhələyə keçdi, çünki "Qvardiya Varşava"ya qarşı keçirilən pley-off oyununda hesab 1–1 olarkən 100-cü dəqiqədə işıq projektorlarında nasazlıq yarandı.

2 Dublindəki Dalimaunt Park stadionunda projektor olmadığından oyunun axşam saatlarında başlaması üçün şərt idi ki, oyun fasiləsiz keçsiz. Nəticədə İralndiyalı futbolçular tez yoruldular və birinci hissədən sonra hesab 1–0-dan 6–0 çevrildi. Old Trafford stadionunda işıqlar altında və normal fasilə ilə keçirilən cavab oyununda hesab daha rəqabətli oldu.

3 Növbəti mərhələyə addımlamaq üçün "Milan" pley-off oyununda "Rapid Vyana"nı 4–2 hesabı ilə məğlub etdi.

Birinci raund

1 Növbəti mərhələyə addımlamaq üçün "Borussiya Dortmund" pley-off oyununda "OME Buxarest"i 3–1 hesabı ilə məğlub etdi.

1/4 final

Yarımfinal

Final

Bombardirlər Çempionlar Kuboku 1957/1958 bombardirlər siyahısı aşağıdakı kimidir: RankNameTeamGoals1 Alfredo Di Stefano Real Madrid102 Bora Kostiç Srvena Zvezda93 Layoş Çordaş Vaşaş84 Dejö Buncak Vaşaş6 Ernesto Qrilyo Milan66 Qastone Bin Milan5 Xuan Alberto Skyaffino Milan58 Yovan Tsokiç Srvena Zvezda4 Ektor Rial Real Madrid4 Dennis Vayollet Mançester Yunayted4

İstinadlar

Kateqoriya:UEFA Çempionlar Liqasının mövsümləri Kateqoriya:1957-ci ildə idman Kateqoriya:1958-ci ildə idman Kateqoriya:1957/1958 mövsümündə Avropada futbol