Nüma Denis Füstel de Kulanj () — fransız tarixçisi, qədim dövr və orta əsrlər tarixi üzrə mütəxəssis.
1853-cü ildə ali normal məktəbi bitirmiş, daha sonra 1870–80-ci illərdə oranın müəllimi, 1880–83-cü illərdə isə direktoru olmuşdur. Xiosda arxeoloji qazıntılar aparmış, qədim yunan ailəsinin tarixini tədqiq etmişdir. 1858-ci ildə Polibi haqqında, daha sonra Vesta kultuna dair dissertasiya müdafiə etmişdir.
1860-cı ildən Strasburq Universitetinin professoru olmuş, 1864-cü ildə "Qədim insanlarda ailə və dövlət" adlı məşhur əsərini yazmışdır. 1875-ci ildə əxlaqi və siyasi elmlər akademiyasına üzv seçilmiş, 1878-ci ildən Sorbonnada orta əsrlər tarixi kafedrasının müdiri olmuşdur. Əsas elmi əsəri olan "Qədim Fransanın siyasi institutları" () tamamlanmamışdır. Bəzi cildləri şagirdi Kamil Jüllian tərəfindən çapa hazırlanmışdır. Onun ideyaları müasirləri tərəfindən inkar olunsa da, sonrakı tarixşünaslıqda mühüm rol oynamışdır.
İstinadlar
Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Strasburq Universitetinin müəllimləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri