Marqa Lopes (; əsl adı — Katalina Marqarita Lopes Ramos, ; ) — Argentina mənşəli görkəmli Meksika teatr və kino aktrisası. Meksika kinematoqrafiyasının Qızıl əsr dönəminin aktrisasıdır.Agrasánchez Jr., Rogelio (2001). Bellezas del cine mexicano/Beauties of Mexican Cinema. Archivo Fílmico Agrasánchez. .Charlotte Arnaud, Philippe Courtemanche, Carla Fernandes, Eva Morsch Kihn (1999). Cinémas d'Amérique latine N° 7/1999.
Həyatı Marqa Lopes 21 iyun 1924-cü ildə San-Migel-de-Tukumanda Pedro Lopes Sançes və Dolores Ramos Navanın ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq idilər — özündən başqa onun Manuel, Migel, Pedro və Xuan adlı dörd qardaşı, Dolores-kiçik və Mariya adlı iki bacısı var idi. Dünyaya gələndən sonra böyük ailəsi ilə birlikdə Meksikaya köçmüş və buna görə də vətəndaşlığını orada almışdır.
1936-cı ildə ailəvi şəkildə bütün Latın Amerikası boyunca kruizə çıxarkən prodüser Karlos Amadorla tanış olmuşdur. O, Marqa Lopesə kinematoqrafda yaşıl işıq yandırır. Aktrisa 1945-ci ildə Meksika kinematoqrafiyasında debüt edir. Ümumi olaraq kino və teleseriallar da daxil olmaqla, 99 filmdə çəkilmişdir. "Alondra", "Sevgi bağları", "Sənsiz yaşaya bilmərəm", "Sevmək imtiyazı" və "Mələyin siması" teleserialları dünyanın bir çox ölkələrinə satıldığına görə aktrisanın karyerasında ən məşhur işlər sayılır. 16 dəfə beş müxtəlif mükafata namizəd göstərilib və onların 9-da qalib kimi mükafata layiq görülüb.
Marqa Lopes 81 yaşını qeyd etdikdən 13 gün sonra 4 iyul 2005-ci ildə Mexikoda ürək aritmiyasından vəfat edib.
Filmoqrafiya
1945 — "İtaətsiz oğul" () — kabaredə ofisiant 1946 — "Məktəblilər" () — Kandida 1947 — "Qarsiya qayıdır!" () — Lupita 1947 — "Qarsiya ailəsindən üç nəfər" () — Lupita 1947 — "Tənhalıq" () — Yevangelina 1948 — "Sonuncu səfil" () 1949 — "“Mexiko” salonu" () — Mersedes Qomes 1949 — "Küçə" () — Klara 1950 — "Sevginin qarşılığı sevgidir" () — Valentina Mendes 1951 — "Mənim qara rəngim" () — Luna 1951 — "Gözyaşları olmayan qadın" () — Beatris 1952 — "Arvadım və başqaları" () — Kristina Martines 1952 — "Həyatımdakı üç kişi" () — Karmen 1952 — "Səmanın yanındakı yer" () — Marqarita 1952 — "İndi varlıyam" () — Marqa 1952 — "Yalan" () — Veronika Kastillo Blanko 1953 — "Mənim sevimli Klementinam" () — Klementina 1953 — "Boşanma" () — Kristina Fuentes 1953 — "Yevgeniya Qrande" () — Yevgeniya Qrande 1954 — "Çatdırılma" () — Xulia Yanes 1955 — "Küçədəki qadın" () — Alisiya 1956 — "Üçüncü söz" () — Marqarita Luxan 1959 — "Nazarin" () — Beatris 1960 — "Kədərli olanda hara gedirsən?" () — Mariya Kristina 1960 — "Adadakı insan" () — Berta 1960 — "İyunda Milad bayramı" () — Laura Medina 1962 — "Buludlar arxasında" () — Eloiza 1964 — "Övladların kölgəsi" () — Soledad 1965 — "Səmadakı şeytanlar" () — Laura 1966 — "Ölmək zamanı" () — Marianna Sampedro 1968 — "Külək də qorxa bilər" () — Bernarda 1969 — "Daş kitab" () — Xulia Septyen 1971 — "Müəllim" () — Hortenziya 1971 — "Rosario" () — Rosario 1975 — "Birlikdə gedək" () 1986-1990 — "İşarələnmiş vaxt" () — Marta 1987 — "Mən qatiləm" () — Visenta 1995 — "Alondra" () — Letisiya 1995 — "Sevgi bağları" () — Mersedes 1996 — "Sənsiz yaşaya bilmərəm" () — Monserrat 1997 — "Həbsxana" () — Suarez 1998-1999 — "Sevmək imtiyazı" () — Ana Xoakina Velarde 2000 — "Çimərlikdə ev" () — Serena Rivas 2000-2001 — "Mələyin siması" () — ana 2001 — "Zamanla sərgüzəştlər" () — Urrasa Valdepena 2001-2002 — "Bahar" () — baş rahibə 2002 — "Sevgi ilə nifrət arasında" () — Xosefa Vilyarreal 2003 — "Bir dəri altında" () — Ester Eskalante
Teatr sahəsindəki rolu 1992 — "Cazibədar rəqiblər"
İstinadlar
Xarici keçidlər Ətraflı tərcümeyi-halı. Filmoqrafiya daxil olmaqla şəxsi işi. "Kinopoisk" saytındakı səhifəsi.
Kateqoriya:Meksika aktrisaları Kateqoriya:Aritmiyadan vəfat edənlər Kateqoriya:"Onix de la Universidad iberoamericana" mükafatı laureatları Kateqoriya:"Preseo Quetzal" mükafatı laureatları