"Web3" (həmçinin Veb 3.0 olaraq tanınır ) Ümumdünya hörümçək torunun yeni bir iterasiyası olub, məzmunu desentralizasiya, blokçeyn texnologiyaları və token əsaslı iqtisadiyyat kimi konseptləri əhatə edən bir ideyadır.Fenwick, Mark and Jurcys, Paulius, The Contested Meaning of Web3 and Why it Matters for (IP) Lawyers (January 27, 2022). Available at SSRN: or http://dx.doi.org/10.2139/ssrn.4017790 Bəzi texnoloqlar və jurnalistlər onu Veb 2.0 ilə müqayisə ediblər. Burada məlumat və məzmunun əsasən "Böyük Texnologiya" adlandırılan sayca kiçik şirkətlər qrupunda mərkəzləşdiyini söyləyiblər. "Web3" termini 2014-cü ildə Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən irəli sürülüb və bu ideya 2021-ci ildə kriptovalyuta həvəskarları, böyük texnologiya şirkətləri və vençur kapitalı firmaları tərəfindən maraqla qarşılanıb. Web3 anlayışı ilk dəfə 2013-cü ildə təqdim edilmişdir.
Tənqidçilər sərvətin kiçik bir qrup investor və fərdə mərkəzləşdirilməsi və ya daha geniş məlumatların toplanması səbəbindən məxfiliyin itirilməsi ilə bağlı narahatlıqlarını ifadə etdilər. İlon Mask və Cek Dorsi kimi milyarderlər "Web3"-ün dəbə görə deyilən sadə bir söz və ya marketinq termini kimi xidmət etdiyini iddia edirlər.
Fon Veb 1.0 və Veb 2.0 müxtəlif texnologiyalar və formatlar vasitəsilə inkişaf etdiyi üçün Ümumdünya İnternet tarixindəki dövrlərə aiddir. Veb 1.0 təxminən 1989-cu ildən 2004-cü ilə qədər olan dövrə aiddir, burada əksər saytlar statik səhifələrdən ibarət idi və istifadəçilərin böyük əksəriyyəti məzmun istehsalçıları deyil, istehlakçılar idi. Veb 2.0 "veb platforma kimi" ideyasına əsaslanır və digər xidmətlər arasında forumlara, sosial mediaya və şəbəkə xidmətlərinə, bloqlara və vikilərə yüklənmiş istifadəçi tərəfindən yaradılmış məzmuna əsaslanır. Veb 2.0 ümumiyyətlə 2004-cü ildə başlamış sayılır və indiki günə qədər davam edir.
Terminologiya Web3 Tim Berners-Linin 1999-cu ildə Semantik veb konsepsiyasından fərqlidir. 2006-cı ildə Berners-Li Semantik vebi Veb 3.0-ın bir komponenti kimi təsvir etdi. Bu blokçeyn kontekstlərində "Web3" mənasından fərqlidir.
"Web3" termini Polkadot qurucusu və Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən 2014-cü ildə "blokçeyninə əsaslanan mərkəzləşdirilməmiş onlayn ekosistem"ə istinad edərək yaradılmışdır. 2021-ci ildə "Web3" ideyası populyarlıq qazandı. Kriptovalyuta həvəskarlarının yüksək profilli texnoloqlar və şirkətlərin investisiyaları sayəsində 2021-ci ilin sonuna doğru marağları artdı. Vençur kapitalı firması Andreessen Horowitz-in rəhbərləri siyasətçilərin mübarizə apardıqları internetin tənzimlənməsi ilə bağlı sualları müzakirə etmək üçün 2021-ci ilin oktyabr ayında Vaşinqtona səfər etdilər.
Həmçinin bax
Paylanmış sosial şəbəkə InterPlanetary Fayl Sistemi – Web3 istifadəçi tərəfindən hazırlanmış bulud
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Desentralizasiya Kateqoriya:Ümumdünya hörümçək toru Kateqoriya:Blokçeynlər