Vyetnam Dövləti () — 1949–1955-ci illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş monarxist Fransayameylli dövlət. Bu, 1949–1954-cü illərdə Fransa İttifaqının üzvü, 1955-ci ildə isə müstəqil ölkə kimi mövcud olmuşdur. və 1949–1954-cü illərdə Vyetnamın bütün ərazisi üzərində hakimiyyətə iddia etmişdi.

Dövlət 1949-cu ildə Fransa İttifaqının tərkibində Fransa tərəfindən yaradılmışHammer, Ellen J. "The Bao Dai Experiment." Pacific Affairs, vol. 23, no. 1, Pacific Affairs, University of British Columbia, 1950, p. 55, . və 1950-ci ildə beynəlxalq səviyyədə tanınmışdır. Keçmiş imperator Baoday dövlət başçısı olmuşdu. 1954-cü ildə Nqo Din Zyem baş nazir təyin edilmiş və 1955-ci ildə referendum ilə Baoday hakimiyyətdən kənarlaşdırılmış, Vyetnam Respublikasını elan edilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Vyetnam tarixi Kateqoriya:Cənubi Vyetnam Kateqoriya:Birinci Hind-Çin müharibəsi Kateqoriya:Müvəqqəti hökumətlər Kateqoriya:Asiya regionları Kateqoriya:Asiyanın tarixi dövlətləri