Venzdey Addams () — Çarlz Addams tərəfindən yaradılmış və Addams ailəsi multimedia franşizasına daxil olan uydurma personaj. Venzdey, qaranlıq və qorxulu şeylərə valeh olan gənc bir qızdır. O, solğun dərisi və qara hörüklü saçları ilə diqqət çəkir.

Venzdey müxtəlif film və teleseriallarda fərqli aktrisalar tərəfindən ifa olunub. Lisa Lorinq onu "The Addams Family" (1964–1966) serialında və eyni zaamanda "Halloween with the New Addams Family" (1977) televiziya filmində canlandırıb. Christina Ricci Venzdeyi "Addams ailəsi" (1991) və "Addams Family Values" ​​(1993) bədii filmlərində canlandırıb. Başqa bir aktrisa Nikol Fugere onu "Addams Family Reunion" (1998) filmində, həmçinin "The New Addams Family" (1998-1999) serialında oynayıb. Son olaraq Venzdey aktrisa Cenna Orteqa tərəfindən 2022-ci ildə çəkilmiş Netflix serialında ifa olunub.

İstinadlar

Kateqoriya:Addams ailəsi Kateqoriya:Uydurma uşaqlar Kateqoriya:Qadın film personajları Kateqoriya:Qadın komiks personajları Kateqoriya:Uydurma ABŞ detektivləri Kateqoriya:Uydurma qılıncoynadanlar Kateqoriya:Uydurma musiqiçilər