Anar Əlizadə (23 sentyabr 1951, Bakı - 2012) ― mexanika sahәsindә Azәrbaycan alimi, riyaziyyat üzrə elmlər doktoru (1986), professor (1990), AMEA-nın müxbir üzvü (2007).
Həyatı Anar Əlizadə 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
Əmək fəaliyyəti Anar Əlizadə 1974-1978-ci ildə qazın emalı və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis kimi çalışıb, 1978-1990-cı illərdə isə AEA RMİ XKB-da baş konstruktor vəzifələrini icra edib.
Pedaqoji fəaliyyəti Anar Əlizadə 1990-2000-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında professor, Azərbaycan Texniki Universitetində Riyaziyyat kafedrasının müdiri, 2000-2010-cu illərdə Elm və Texnika üzrə prorektor, Azərbaycan Dövlət Dəniz Akademiyasının Elm və Beynəlxalq əlaqələr üzrə prorektoru və 2010-2012-ci illərdə Dəqiq elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.
Akademik fəaliyyəti Anar Əlizadə 1978-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1986-cı ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1990-cı ildə professor adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Anar Əlizadənin elmi fəaliyyəti əsasən deformasiya olunan bərk cisim mexanikası sahəsində nəzəri tədqiqatlara və nəticələrin müxtəlif mühəndis məsələlərinə tətbiqinə həsr olunub. O, "Mexanika və Maşınqayırma" beynəlxalq jurnalının redaktoru olub. Alim 3 monoqrafiya, 6 kitab, 100-dən çox elmi işin, o cümlədən maşınqayırma sahəsində 3 patentin müəllifidir.
Üzv olduğu cəmiyyətlər Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü; Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü; Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü; Tətbiqi Riyaziyyat və Mexanika üzrə Alman Cəmiyyətinin (GAMM) üzvü; Azərbaycan Milli Komitəsinin üzvü (qrunt mexanikası və özüllərin tikintisi üzrə);
İstinadlar
Xarici keçidlər
Əlizadə Anar Nadir oğlu Anar Nadir oğlu Əlizadə