Arvadlar ərlərini mənsəbə necə çatdırırlar — rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları Boris Svetlov, Y.Buranovskaya, A.D.Panova-Potyomkina, S.Şoloxova, A.Verner və Q.Kramer ifa edirlər.

Məzmun Film bir zadəgan ailəsinin həyatı haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 21

Film haqqında Kinopovestin hər hissəsinin öz başlığı var: "Əyalət bataqlığı", "Coşmuş qan alovdan güclüdür", "Məhəbbət məclisi başlasın", "Ərlərə iş düzəldirlər", "Şərab pərisinin ayaqları altında", "Arvadlar həmişə günahsızdırlar". Bunlar filmdə baş verən hadisələrin mənasını açır.

Film haqqında

Film üzərində işləyənlər Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq

Rollarda Boris Svetlov Y.Buranovskaya A.D.Panova-Potyomkina S.Şoloxova A.Verner Q.Kramer

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.

Kateqoriya:1916-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Filma