Vejnəli və ya Vecnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Vejnəli kəndi dağətəyi ərazidədir. Bu oykonim inqilabdan əvvəlki ədəbiyyatda Vejner kimi qeyd olunmuşdur. Puşanlı tayfasına məxsus həmin qışlaqda vejnali tirəsi məskunlaşdıqdan sonra kənd həmin tirənin adi ilə adlanmışdır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941–2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu illər ərzində qeyri-qanuni istismar etmişdir.
30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İqtisadiyyatı Kəndin yaxınlığında Vejnəli qızıl yatağı yerləşir. 1993–2020-ci illər arasında kənd Ermənistan işğalı altında olarkən qızıl yatağı xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilmişdi. Azərbaycan dövləti vurulmuş ziyanın təzminatını almaq üçün işlər görür.
Tanınmışlar Əli bəy Azəri yazıçı,
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri