Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd () — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı.
Həyatı 1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır. Rusiyada məktəbə getmişdir. Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü.
1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu. 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir. 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi. 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda. Bacısı, qardaşı və anasl isə Bakıda yaşayırlar. Rus, italyan və bir neçə başqa dillərdə də oxuyur.
Şəxsi həyatı İki dəfə evlənmişdir. Birinci nikahdan bir oğlu var. İkinci həyat yoldaşıyla 22 ildən çox evlidir, o nikahdan övladı yoxdur.
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube Abbas Əhməd - Ürəyim yanar
Kateqoriya:XX əsr Azərbaycan müğənniləri Kateqoriya:XXI əsr Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:1960-cı ildə doğulanlar Kateqoriya:25 dekabrda doğulanlar Kateqoriya:Azərbaycanın pop müğənniləri